Maraqlı adətlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 6 351
Səs ver:
(səs: 2)
Hər bir xalqın özünəməxsus milli adət-ənənələri var. Azərbaycan xalqının da həmçinin. Təbii ki, bizim üçün çox dəyərli və sevimli olan adət- ənənələrimiz, digər bir millətin nümayəndəsi üçün qəribə görünə bilər. Necə ki, indicə sizə bəhs etmək istədiyim müxtəlif xalqların özləri üçün çox normal olan adət- ənənələri bizə qəribə görünür.

Belə ki, Yaponiyanın bəzi yerlərində insanın yaşı bizdə olduğu kimi onun doğulduğu gündən deyil, yeni ildən hesablanır. Məsələn, həmin əyalətlərdən birində dekabrın 31- i dünyaya gəlmiş körpənin bir gün sonra, yəni yanvarın 1-i 1 yaşı qeyd olunur.

İndoneziyada isə insanın yaşı ilə bağlı qeyri- adi bir ənənə olmasa da, ona ad qoyulmasında digər ölkələrə nisbətən müəyyən maraqlı fərqlər mövcuddur. Həmin ölkədə dünyaya yenicə göz açmış körpənin bütün qohum- əqrəbaları onun ətrafına yığılır. Onların arasından biri ad qoymaq üçün seçilir. Ad qoyan şəxs uşağın başı üstündə dayanıb onun əcdadlarının adlarını sadalamağa başlayır. Uşaq hansı ad çəkildiyi an şirin- şirin qığıldasa, deməli, o adı bəyənir və elə uşağın "istəyilə” də ona həmin ad qoyulur. Hətta oranın adətinə görə, uşaq bu vaxt ağlayarsa, hamı balacanın bu ada layiq olacağına əmin olur. Lakin körpə sadalanan adlardan heç birinə "cavab” verməsə, onda oğlandırsa, sadəcə Tou Beun- təzə kişi, qızdırsa İna Beun- təzə qadın adlandırılır.

Hindistanda da uşaqların məktəblərinə aid qəribə adətləri var. Əgər hər hansı bir məktəbli 1 gün dərs buraxarsa, onun cəzasını məktəbli özü yox, valideynlərindən biri çəkməli olur. Uşağın məktəbə getmədiyi günün səhəri dərsə həm də onun atası və ya anası gəlməlidir. Elə bu səbəbdəndir ki, ata və anaların sayəsində Hindistandakı bütün məktəblərdə davamiyyət əla vəziyyətdədir.

Norveçin paytaxt şəhəri Osloda isə ali məktəblərdə təhsil almaq istəyənlər üçün çox təqdiredici bir adət- ənənə mövcuddur. Universitetə qəbul olunmaq istəyən hər bir şəxs bilik və bacarıq sahibi olmaqdan başqa, siqaret çəkməkdən də tamamilə imtina etməlidir. Əks halda onun adı tələbələrin adları siyahısına düşə bilmək imkanından məhrum olur.
(səs: 2)
Şərhlər: 12
Baxılıb: 6 351
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri