Dünyanın ən qəribə məzarlığı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 767
Səs ver:
(səs: 0)
Hər bir xalqın özünəxas mədəniyyəti və dəfn adətləri var. Lakin bunlardan bəziləri çox qəribə, qeyri-adi və təəccübləndiricidir. Dünyanın ən qəribə məzarlığı Perudakı Caucilla məzarlığı hesab edilir.
Məzarlıq Perunun cənubunda səhralıqda yerləşir. İnsanların çoxu buranı çoxsaylı mistik rəsmlərə görə tanıyır. Əslində isə bu ərazi daha çox sirrə və müəmmaya malikdir. 20-ci əsrdə bu məzarlığı aşkar edən tədqiqatçılar tapıntılardan heyrətə gəlmişdilər. Məzarlıqda təxminən 700 il bundan əvvələ aid insan qalıqları aşkarlanıb. Burada son dəfnlər XIX əsrdə həyata keçirilib.
Caucilla qəbristanlığı digər məzarlıqlardan tamamilə fərqlənir. Burada bütün meyitləri "çömələrək oturmuş” vəziyyətdə sıra ilə yerləşdiriblər. Onların üz ifadələirndə kədər yoxdur, əksinə üz skeleti elə qoyulub ki, sanki hamısı gülümsəyir və kimi isə gözləyir. Perunun quru iqlimində cəsədlər çürüməyib, çünki onlar mumyalaşdırılıb, əyinlərindəki pambıq paltar da yaxşı vəziyyətdədir, çünki üstü qətranla örtülüb. Maraqlıdır ki, bu cəsədlərin hətta müasir insanın belə həsəd aparacağı  gözəl saç düzümü vardır.

Tarixçilər, arxeoloqlar və alimlər bu məzarlığı öyrənməkdə davam edirlər.
 
UNİKAL ABİDƏ
ABŞ-ın Arizona ştatında unikal bir xatirə abidəsi yerləşir. Abidə ABŞ Silahlı Qüvvələrində xidmət edən və həlak olan əsgərlərin şərəfinə ucaldılıb. Bu abidənin qeyri-adiliyi ondadır ki,  yalnız 11 noyabr saat 11:11-də günəş şüaları 5 hissəli abidənin ellipsindən elə düşür ki, qarşıda ideal dairə əmələ gəlir və onun içərisində ölkənin gerbi əks olunur. Məhz həmin gün həlak olmuş əsgərlərin yaxınları onların ruhuna hörmət məqsədilə abidəyə baş çəkirlər.
Buradakı 5 mərmər sütun ABŞ Silahlı Qüvvələrinin 5 qoşununu simvolizə edir.
ABŞ-da noyabr ayının 11-i veteran günü kimi federal  bayram hesab edilir. Bununla yanaşı, qeyd edək ki, Birinci Dünya Müharibəsi 11-ci ayın 11-i saat 11-də rəsmi olaraq başa çatmışdır.
 
"İNSAN” QÜLLƏLƏR
Ötən ilin oktyabr ayının əvvələrində İspaniyanın Terraqona şəhərində "insan qüllələr və yaxud qalalar” qurulması üzrə ildə bir dəfə keçirilən müsabiqə baş tutub. Bu hadisə qeyri-maddi mədəni irs kimi UNECKO-nun siyahısına əlavə edilib. Müsabiqəni 100 mindən artıq tamaşaçı seyr edib. İnsan qalalarının düzəldilməsində isə dünyanın bütün ölkələrindən gəlmiş 30 komanda iştirak edib.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 767
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri