Ən qəribə yeni il adətləri

Müəllif: Miss_Oxatan
Şərhlər: 5
Baxılıb: 4 206
Səs ver:
(səs: 1)
Hər bir ölkə Yeni ili özünəməxsus adət ənənələrlə qeyd edir. Kimi buzlu suya girir, kimisi ev əşyalarını atır. Ən qəribə yeni il adətlərini oxucularına təqdim edirik.

Cənubi Afrikada yerli əhali yeni ildə şans və bərəkət üçün köhnə ev əşyalarını pəncərədən atır. 

Kolumbiyada ili səyahətlərlə keçirmək üçün bayram günц çemodanla gəzirlər. 

Yaponiyada ilin təhvil verildiyi heyvanın maskasını taxaraq 108 dəfə zəng çalınan məbədə toplaşırlar.

Danimarkalılar köhnə boşqab və bardaqları yaxınlarının qapısına atırlar. Yeni il günü isə onlar stuldan tullanırlar. Bununla da pis ruhların getdiyinə və yeni ilin onlara uğur gətirəcəyinə inanırlar.

İspanlar saat 00:00-da 12 üzüm giləsi yeyirlər. 12 üzüm giləsi ayları və uğuru simvolizə edir.

Finlandiyada ərimiş metalı suya tökürlər. Əldə edilən fiqura baxaraq gələn ili proqnozlaşdırmağa çalışırlar. Məsələn, ürək və dairə evliliyə işarədir.

Panamada xüsusi hazırlanan kuklalar yeni il tonqalında yandırılır. Kukla köhnə ili təmsil edir. Onların yandırılması isə pis ruhların uzaqlaşdırılması və yeni başlanğıc deməkdir.

Filippində masada olan hər şeyin yuvarlaq olmasına diqqət edirlər. Çünki yumru forma pulu simvolizə edir. Bu isə zənginlik əlamətidir. 

Estoniyada inanclara görə, yeni il günü bir insan 7 növ yemək yesə 7 nəfərin gücünə sahib olacaq. 

Braziliya, Ekvaвor, Venesuela, Boliviyada yeni ildə rəngli alt geyimi geyinirlər. Bunun onlara şans gətirəcəyinə inanırlar. Məsələn qırmızı sevgi, sarı isə zənginlik deməkdir. 

Peruda Yeni ildə Takanakuy festivalı keçirilir. Yeni il gecəsi insanlar bir birini yumruqlayır. Bununla Yeni ilə daha rahat girəcəklərini düşünürlər.

Rumıniyada qəpikləri çaya atır və bunun uğur gətirəcəyinə inanırlar. 

Boliviyada şirniyyatların içərisinə pul qoyurlar. Kimə bu pullu şirniyyat düşsə il onun üçün daha uğurlu olacaq.

Çilidə insanlar yaxınlarının məzarı başında gecələyirlər. 

Sibirlilər yeni ildə buzlu suya girirlər
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 206
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri