Gündə 3 dəfə 20 saniyəlik öpüşmək

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 3 809
Səs ver:
(səs: 0)
ABŞ-ın Rutgers Universitetinin elmi əməkdaşları tərəfindən aparılan araşdırmalar sübut edib ki, ehtiraslı öpüşlər qadın seksuallığını artırmaq üçünən yaxşı vasitədir.

Mütəxəssislər qeyd edib ki, “Öpüş preludiyası” xanım tərəf müqabilinin istəyinə mütləq müsbət təsir edəcək.


Alimlərin eksperimentləri göstərib ki, qadınların seksual istəklərinin artmasına kişinin ağız suyunda olan testesteron hormonu təkan verir. Buna görə də qadınlardakı ehtiras hissinin artması üçün bu üsul ən yaxşı variantdır.

“Seksoloqların əksəriyyəti seksin başda başladığı, fiziki reaksiyanın isə beyin impulslarından sonra gəldiyi ilə razıdır” -bu sözləri araşdırmanın rəhbəri doktor Merilin Qlenvil deyib.O, əlavə edib ki, qadın libidosunun səviyyəsi stress, hormonlar və ətraf mühit kimi faktorlardan çox asılıdır..

Daha öncə Kanadada aparılan araşdırmalar isə göstərmişdi ki, mütəmadi olaraq öpüşən insanlar daha gec qocalır və 5 il daha çox ömür sürürlər. Həmçinin bu insanlar çox nadir hallarda mədə, öd və qan dövranı ilə bağlı xəstəliklərdən əziyyət çəkirlər.

Alimlərin sözlərinə görə, öpüşərkən nəbzsürətlənir və qan dövranı daha da aktivləşir. Hər gün 3 dəfə 20 saniyəlik öpüşmək yüksək təzyiq və yuxusuzluğa səbəb olan stress hormonlarını yox etməyə kömək olur.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 809
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri