Seksdən daha çox həzz almaq üçün 7 TÖVSİYƏ

Müəllif: Diablo
Şərhlər: 5
Baxılıb: 21 580
Səs ver:
(səs: 3)
Bir çoxları cinsi həyatda özünü xoşbəxt hiss etmir.

Gündəlik həyatda tərəf müqabili ilə bütün mövzularda razılığa gəlsə də, yataqda anlaşa bilməyən həyat yoldaşları çoxdur. Mütəxəssislər bunun bir yolu olduğunu deyirlər: yataq otağını canlandırmaq. Qadınla.Com yaxşı seks üçün 7 tövsiyə təqdim edir.

1. Düşüncələrinizi paylaşın
Gecəyə dair gözləntilərinizi tərəf müqabilinizlə paylaşaraq bir-birinizin istəklərini öyrənin. Yaxşı bir seks qarşılıqlı zövq almaqdan keçir. Sizin zövq nöqtəniz onu sizin qədər həyəcanlandırmaya bilər. Ona görə də onunla açıqsözlü olun, onunla romantik, yoxsa dəli bir gecə keçirmək istədiyinizi bildirin.

2. Ona işarə verin
Onunla gəzməyə gedəndə alt paltar geyməyin. Bunu uyğun bir zamanda qulağına pıçıldayın. O an sizinlə sekslə məşğul olmaq üçün can atacaq, bir an əvvəl yataq otağının yolunu tutmaq istəyəcək.

3. Yataq otağınızı canlandırın
Yataq otağı yalnız sizə məxsus xüsusi otaqdır. Buradakı yastıqlar belə, həzz verən bir seks üçün olduqca əhəmiyyətlidir. Yastıqlarınızın yumşaq olmasına, otaqdan gözəl iy gəlməsinə diqqət edin. Şamlarla otağınıza canlılıq qatmaq da yaxşı fikirdir.

4 Gözlərinizi bağlayın
Yaxşı seksin olmazsa olmazlarından biri də həyəcandır. Seks oyuncaqlar əldə edib otağınızda saxlayın. Bunlarla gecənizə həyəcan qatın. Gözlərinizi bağlayaraq da bu həyəcanı yaşaya bilərsiniz.

5. Müxtəlif pozalar seçin
Davamlı eyni mövqelərdə sekslə məşğul olmaq monotonluq yaradır, darıxıdırıcı seks yaşamağınıza səbəb olur. Ona görə də fərqli pozaları sınaqdan keçirin və seks həyatınıza rəngarənglik qatın. Hətta xəyalınızda qurduğunuz pozaları bir kağıza da qeyd edə bilərsiniz.

6. Sizi duymasına icazə verin
Seks zamanı nəfəsinizi tutmanıza, tərəf müqabilinizin sizi duymaması, hiss etməməsi üçün əzələlərinizi gərməyinizə ehtiyac yoxdur. İcazə verin o, sizi eşitsin. Bundan başqa, tərəf müqabilinizi sevgi sözlərindən məhrum etməyin.

7. Rahat olun
Ən əhəmiyyətlisi rahat olun və səmimiyyətinizi əskik etməyin. Özünüzə güvənin və bu etibarı tərəf müqabilinizin də hiss etməsinə çalışın. Əgər rahat və səmimi olmasanız, seksdən həzz ala bilməzsiniz.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 21 580
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri