Nəfsimizə hakim olmağın 20 qaydası

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 2304
Səs ver:
(səs: 0)
Həyatda mübarizə aparmalı olduğumuz iki düşmənimiz var; tənbəllik və nəfsimizə olan düşkünlüyümüz. Tənbəllik insanın ehtiras meyillərinin oyanmasında əsas səbəblərdən biri kimi qiymətləndirilir. Belə deyək, nə qədər tənbəlsinizsə, bir o qədər də nəfsinizin, əsasən də, ehtirasınızın sizə qarşı yarada biləcəyi təhlükələr ilə üz üzəsiniz. Nəzərə alsaq ki, çox qısa müddət çəkir, bəs bizi əsas narahat edən nədir? Əlbəttə ki, onun üzərimizdə qalan təsirləri. Yorğunluq, halsızlıq, peşmanlıq hissi, öz güvənin zəifləməsi, bir həftəlik və bəlkə də bir aylıq planlarımızın ləğvi və s. kimi həyatımızda yaratdığı bir çox təhlükələri var. Sürətlə inkişaf edən dünyanı nəzərə alsaq təkcə gənc nəsil deyil, həmçinin orta, yaşlı və hətta ailəli insanlar belə bu problemdən əziyyət çəkirlər. Səbəblərdən bəziləri və əsasları kimi bunları qeyd edə bilərik; müxtəlif saytlar, rahat əldə edilən foto və videolar, sosial şəbəkələr, tanışlıq çatları, müxtəlif reklamlar və s. O reklamlar ki, hətta bəzən siz özünüz belə istəmədən telefonunuzun yuxarı sağ tərəfində özünü göstərir. Bununla da sizin düşüncələrinizə kiçik də olsa, lazımsız fikir toxumu əkməyi bacarır. O toxumun inkişaf edib-etməməsi isə sizin daxili güc və potensialınızdan, bundan əvvəlki qələbə və məğlubiyyətlərinizdən asılıdır. Bu barədə çox yazmaq olar, lakin bu günkü əsas mövzum ehtirasın həyatımızdakı gündəlik əsas təsir yönlərindən biri olan masturbasiyadır.

Fikir müxtəlifliyi isə hər mövzuda olduğu kimi bu mövzuda da yetərincədir. Bəziləri bunun normal hal olduğunu, bəziləri asılılıq yaratmadığı halda əksinə faydalarının olduğunu, bəziləri isə insan üçün masturbasiyanın tamamilə qəbul edilməz bir şey olduğunu qeyd edirlər. Lakin araşdırmalarımın və elə ələxüsus, bu barədə olan şəxsi fikir və düşüncələrimin nəticəsi olaraq onu deyə bilərəm ki, zərərləri verə biləcəyi bir neçə faydadan daha çox və bəlkə də sayısızdır.

Dünyada qadınların ortalama 50%-nin, kişilərin isə 75%-nin etdiyi düşünülən masturbasiya əsasən ərgənlik dövründə artmağa başlayan ehtiras hissinin az əvvəl sadaladığım səbəblərdən dolayı idarə edilə bilməz bir hala gəlməsinin nəticəsidir. Masturbasiyanı etməyə başlayan yeni fərdlər əsasən həyatlarında gündəlik olaraq hər hansı bir dəyişiklik hiss etməzlər. Lakin kişi masturbasiya edərkən bədəni xoşbəxtlik hormonları olaraq bilinən dopamin, seratonin və rahatlamağına zəmin yaradan endorfin hormonunu ifraz edir. Bu hormonlar xoşbəxtlik, aramlıq və rahatlama hissinə səbəb olduğu üçün kişiyə qısa bir zaman ərzində özünü yaxşı hiss etdirir. İfraz edilən yüksək dozda dopamin hormonu anlıq həzzə səbəb olur. Beyin nə zaman dopaminə ehtiyac hiss etsə fərdin zehninə baxır və ən çox hansı iş (fel) dopamin ifraz edirsə, insanı ona tərəf sürükləməyə başlayır. Bunun nəticəsi olaraq fərddə bu işə qarşı vərdiş halı yaranmağa başlayır və masturbasiyasız dayana bilməz hala gəlir. Nəticə olaraq hər gün bir və ya bir neçə dəfə həyata keçirilən bu iş fərdi bədbəxt, əsəbi, psixolojik cəhətdən zəif biri halına dönüşdürə bilir. Əvvəllər qarşısında dayana bildiyi sadə məsələlərə qarşı dözümsüzlük nümayiş etdirir, üst şüurda olmasa belə alt şüurda özünü zəif və gücsüz hüsab edir.

Bu cinsəllikdən təkcə bədənimiz deyil, zehnimiz də özünə düşən ağrılı payını alır. Ağlımız öz canlılığını, təravətini, qıvraqlığını itirir, hissizləşməyə başlayır , diqqət dağınıqlığı hər gün biraz da artır. Özümüzlə səmimi olub biraz da dərinlərə ensək, artıq günlərimiz qayğısız, laqeyd, anlamadığımız bir narahatlıq və ən əsası tənbəlliklə davam etdiyini müşahidə edirik. O tənbəllik ki, bizi ona qarşı döyüşməkdən belə məhrum edir. Həmçinin ictimai və fərdi əxlaq, eləcə də ictimai və fərdi münasibətlər baxımından da sizə yetərincə zərbə vura bilir, çünki gizli şəkildə belə olsa, atdığınız bu addım sizin hərəkət, baxış və rəftarınızda, həmçinin danışığınızda, işlətdiyiniz ifadələrdə belə özünü göstərə bilir. Bizlər çox diqqətlə özümüzü təhlil etdiyimiz zamanlarda bunu hiss edir və anlayırıq. Daha sonrakı proseslərdə isə qarışısı alınmaz ehtirasın yaratdığı bu narahatlıq və pessimizmin müqabilində normal olaraq həmin fərd səs-küylü məkanların, özü kimi fərd və toplumların axtarışına çıxmağa başlayır. Nəticə etibarı ilə onsuzda çətin olan bu döyüşdə fərdin ehtiyacı olan dəstəyi ətrafının təmin edəcəyi bir halda özünü ondan da məhrum etmiş olur,əksinə, daha da batmağa və öz həqiqi insanlığını itirməyə başlayır.

Məqalədə əsas məqsədimiz bu vərdişdən xilas olmaq istəyən insanlar üçün faydalı ola biləcək bir neçə məsələni vurğulamaqdır. Bu qeydlərin əsas hesab etdiyiniz qisimlərini və başlığını özünüz üçün bir vərəqdə yazıb saxlasanız, daha çox fayda əldə edə, həmçinin, təkrarlayaraq unutmamağınızı təmin edə bilərsiniz. Sadəcə bizim qeydlərimiz ilə məhdudlaşmayın. Düşünün və yeni qərarlar qəbul edin.

Hobbilər əldə etmək.
Bir çox insan bəzən sıxıldıqları üçün masturbasiya edirlər. Zamanınızı hobbilər ilə dəyərləndirmək masturbasiya ehtiyacınızı, həmçinin, ümumi gərginliyinizi azaldacaq və sizin üçün bir çox faydaları olacaq. Hobbi olaraq əsas qeyd edəcəklərim sizin üçün daha faydalı ola bilər:

İlk olaraq əgər kitab oxumağı az da olsa bacarırsınızsa mütləq onu inkişaf etdirməyə çalışın və özünüz üçün hobbiyə çevirin. Ən əsası oxuyacağınız kitablarda cinsəllik mövzusunun olmamasına xüsusi diqqət edin və bu sahədə məlumatlı birindən məsləhət alın.

Xarici dil öyrənməyə çalışın. Əgər bunu etmək üçün maddi gəliriniz yoxdursa, özünüz də təkbaşına bacara bilər və ya məlumatlı yoldaşlarınızdan sizə yardım etmələri üçün kömək istəyə bilərsiniz. Xarici dil öyrənmək həm də sizin fərdi və sosial inkişafınızda, başqa mədəniyyətlər və başqa insanlar barəsində geniş məlumat sahibi olmaqda, eləcə də iş tapmaqda sizə yardımçı olan və çox faydalı bir hobbiniz olacaq.

Sevdiyiniz hər hansı bir elm sahəsi üzərində geniş araşdırma və təhlillər. Məsələn: fəlsəfə, psixologiya, biologiya, fiziologiya, astronomiya, tarix və s. Araşdırmaq və öyrənmək üçün seçəcəyiniz sahə üzrə mütəxəssis olmağınıza ehtiyac yoxdur.

Porno saytlarını bloklayın.

Porno izləmək cinsəl təhrik edici vasitə olduğundan əgər bir partnyorunuz yoxdursa, sizi mütləq şəkildə masturbasyona sürükləyəcək. Bu səbəblə daxilində porno görüntüləri olan video və şəkillərdən uzaq qalmaq sizin üçün ilkin şərtlərdən biridir. Həmçinin bu məsələ daxilində başqa bir məsələnidə sizlər üçün qeyd edim. Çalışın evdən kənarda, küçədə, məktəbdə, gözlərinizi açıq-saçıq səhnələrdən, həmçinin,müxtəlif cəlbedici formadan və rənglərdən geyimində istifadə edən insanlardan mütləq şəkildə qoruyun.

Zamanınızı və enerjinizi başqa bir şey üçün xərcləyin.

Həyatınızı maraqlı fəaliyyətlərlə doldurun. Fərqli bir şeylər etmək həyacanı mastrubasiya etmə həyacanını üstələyə bilər. Edə biləcəyiniz birçox məşğuliyyətlər ola bilər,yoxdur deyib özünüzü aldatmayın.

Yaradıcı olun.
Cinsəl təhrik etmələri yaradıcı işlərə çevirin. Roman, şeir yazmağa başlayın, bir musiqi aləti çalmağı öyrənin, şəkil çəkin ya da yaradıcı hesab etdiyiniz öz potensialınıza uyğun yarımçıq buraxdığınız hər hansı işinizə davam edin. (əminəm ki, mütləq belə bir yaradıcılığınız var və ya olub)

Səbrli və israrlı olun.
Masturbasiyanı sonlandırmaq bir anda olacaq bir iş deyil. Bu qərarlılıq tələb edən bir müddətdir və bəzən xətalar da edə bilərsiniz və ya bəzi boşluqlarda ola bilər. Əsl mübarizə əzmkarlıqdır. Kiçik xətalarınızın sizi yolunuzdan saxlamasına icazə verməyin. Baxın bu əsil məğlubiyyət olar.

Hər şeyin düzələcəyinə əmin olun.

Masturbasiya vərdişinin tərgidilə biləcəyinə həqiqətən inanırsınızsa, buna inanmağa davam edin, çünki inancınız bir gün mütləq sizi düşdüyünüz o bataqlıqdan xilas edəcək. Heç olmasa onu minimum həddə azalda biləcək gücə malik olduğunuzu bilin. Əgər üçü bir edə bilərsinizsə, niyə də bunu etməyəsiniz? Özünüzə həqiqətən inansanız, bunu bacarmaq ehtimalınızda artacaq, yox əgər özünüzü ittiham etsəniz həyatınızı daha da dözülməz bir hala gətirib çıxaracaqsınız.

Ən əsas hesab etdiyim nöqtələrdən biri də budur ki, düşüncələrinizi idarə edin.

Əslində bu yerə kimi qeyd etdiklərimin və bundan sonra qeyd edəcəklərimin bir çoxu bu prosesin baş tutması üçün idi. Düşüncənin idarəsi insan həyatının gündəlik demək olar ki, hər anı üçün əsas hesab edilən proseslərdən biridir. Çünki düşüncələrimiz daha sonra rəftarlarımıza, rəftarlarımız isə gündəlik həyat tərzimizə çevrilir.

Mümkün qədər yaxşı yatmağa çalışın.

Mastrubasiya etmək istəyi çox güclü ola biləcəyindən bu təhrik edici hiss ilə qarşılaşdığınız zaman ona qalib gəlmək üçün güclü olmağınıza ehtiyac var. Hər hansı bir zəiflik və ya yorğunluq sizi onun qarşısında aciz qoya bilər. Ən azı 8 saat yatın.

Tək qalmamağa çalışın.

Tez-tez masturbasya etmə səbəbiniz tək qalmaqdırsa, çalışın hər zaman cəmiyyətlə olasınız. Çoxlu yığıncaqlara və dostlarla görüşə qatılın. İnsanları tək qaldığınızı ehtimal etdiyiniz zamanlarda evinizə dəvət edin və ya özünüz qonaq gedin.

Kömək istəyin.
Düşüncələrinizi, arzularınızı tənzimləyə bilmirsinizsə və ya işdə, məktəbdə lazım olanı edə bilmirsinizsə kömək istəməyin tam vaxtıdır. Utanmağınıza ehtiyac yoxdur, çünki bir çox insan eyni problemləri yaşamaqdadır. Kömək istəmək cəsur bir addımdır, deməli siz özünüz barədə narahatsınız və nələrisə dəyişmək istəyirsiniz.

Masturbasiya etmək arzusu hiss etdiyiniz anları və məkanları özünüz üçün dəqiqləşdirin.
Həmin anlarda və məkanlarda masturbasiyadan uzaq qala bilmək üçün ona qarşı bir plan hazırlayın. Əgər bu dəfə planınız uğurlu olmasa gələn dəfə üçün planınızdakı boşluqları nəzərə alaraq beyninizdə yeni bir strategiya hazırlayın. Məsələn: Çimdiyiniz zaman ehtiras hissinin artdığını müşahidə edirsinizsə, sadəcə ilıq və ya soyuq su ilə çimin. İsti suyun bədəninizi rahatlatması səbəbi ilə sizin hisslərinizi təhrik edə bilər

Qarşınıza müəyyən hədəflər qoyun.
Unutmayın ki, davamiyyətin nəticəsi qələbədir. Hətta sonda çox, amma çox az ehtimalı belə nəzərə alsaq və qələbə qazanmadığınızı düşünsək də, cəhd etmənin bəxş etdiyi rahatlama və vicdan əzabından qorunma hissi bizlərin həyatımızın digər sahələrində müəyyən nailiyyətlər əldə etməyimiz üçün kifayətdir. Amma yetər ki, bizlər bu mübarizədə özümüzlə tam səmimi olaq.

Dost seçimi.
Digər ən əsas hesab etdiyim məsələlərdən biri isə dost seçimidir. Sizi bu işə istəyərək və ya istəməyərək təhrik edə bilən, hansısa söz və ya rəftarı ilə sizin fikirlərinizi qarışdıracağını və ora ehtiras toxumları əkə biləcəyini ehtimal etdiyiniz hər hansı bir dostunuz varsa, çalışın belə dostlardan həm onun, həm də özünüzün yaxşılığınız üçün maksimum uzaq qalın.

Qətiyyən çox yeməyin.
Ehtiras hissinizi oyadacaq əsas şeylərdən biri də gündəlik qidalanmanızdır ki, gərək buna xüsusi diqqət edəsiniz. Həddən artıq qidalanma bədəninizi həyacana gətirəcək və əlavə enerjini bayıra çıxarmaq istəyəcək. Belə deyim, idarə edə biləcəyiniz qədər yeyin.

Təhrikedici media.
Bəzi filmlər, oyunlar, kitab və musiqilər cinsəllik mövzularına sahibdirlər və ya sizi təhrik etmə gücündədirlər. Unutmayın cinsəllik olan hər hansı bir görüntü və ya kəlimə sizə masturbasiyanı xatırlada bilər və siz ona yenik düşə bilərsiniz

Nəticələri düşünün.

Ehtiras hissinizin baş qaldırdığı zaman mastrubasiyanın həyatınıza olacaq təsirlərini, daxilinizə vura biləcəyi zərbələri, həmçinin,ortaya qoyacağı neqativ halları gözünüzün qarşısına gətirin. Unutmayın ki, beş dəqiqəlik bir həzzin nəticəsi sizin davamlı ruh düşkünlüyünüz həmçinin ümidsizliyiniz olacaq.

Siyahı hazırlayın.

Hisslərinizi təhrik edən şeyləri tam dəqiqləşdirib siyahı hazırlayın və addımlarınızı onlara uyğun atmağa çalışın ki, o şeylərdən tam olaraq uzaq qala biləsiniz. Bu siyahını hazırlamaq üçün özünüzə biraz zaman ayırın, həmçinin, keçmiş və gələcəkdə yaşaya biləcəyiniz praktikalardan nəticələr çıxararaq əlavə qeydlərinizi də edin.

İdman edin.
Hər gün ən azı 30 və ya 45 dəqiqə ev şəraitində idmanla məşğul olun. İdman etmək eyni zamanda cinsəl təhrik etmə və stresi də azaldır. Masturbasiya istəyi baş qaldırdığı zaman tempolu bir gəzintiyə və ya qaçışa çıxın. Və ya bir idman sahəsində professionallaşa bilərsiniz ki, bunun özü də nizam-intizam, həmçinin,davamiyyət tələb edir.

Cibinizdə ediləcəklərin siyahısını tutun.
Həmin siyahı günlük, həftəlik və ya aylıq ola bilər. İstəyinizin baş qaldırdığı zaman həmin siyahıya diqqətlə baxın və bütün fikrinizi ora cəmləyin. Həmin siyahıda fərdi və ictimai (ailə,dostlar) məsuliyyətləriniz də yer alsın. Onları heç bir zaman unutmayın.

Özünüzdən qaçmayın.
Özünüzlə tam səmimi olun. Özünüzlə səmimiyyət sizin bu barədə ata biləcəyiniz ən mükəmməl addımlardan biridir. Qaçış sizə gələcək üçün heç də yaxşı şeylər vəd etmir. Özünüzlə barışın, ona nəvaziş göstərin. Belə bir girdaba düşdüyü üçün ona kömək etmək istədiyinizi və qətiyyən narahat olmamasını deyin. Siz onunla aqressiv rəftar etdikcə o daha da aqressivləşəcək və siz zamanla onun qarşısını ala bilməyəcəksiniz.

Unutmayın istəmək işin yarısı deməkdir. Digər yarısı isə cəhd və çalışmaqdır. Əgər bir şeyə nail olmaq istəyirsinizsə, onun yolu mütləq çalışmaqdan keçir.

Bəziləriniz belə deyə bilərsiniz ki, biz bunları onsuz da bilirik, lakin yenə də heç bir faydası yoxdur. Bəli, ola bilər ki, siz bunlar barədə məlumatlısınız, lakin belə bir sual verim: – “Bildiyinizi iddia etdiyiniz məlumatlar üzərində nə qədər dərin düşünmüsünüz? Tətbiqi üçün nə qədər cəhd etmisiniz və ya o mövzu barəsində nə qədər dərin düşüncəyə sahibsiniz?” Yəqin ki, çox az və bəlkə də heç. Ona görə də tövsiyə edəcəyim ən əsas məqamlardan biri də budur. Təkcə bu mövzu barəsində deyil, həyatda qarşılaşacağınız hər hansı bir problem, narahatlıq barəsində nə qədər bilikdən çox, nə qədər düşüncəyə və praktikaya sahib olduğunuz daha mühümdür.

Rəşad Hüseynli
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2304
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri