"Azərbaycan ailəsi”
dedikdə, gözlərimiz qarşısında sakit, sadə, mehriban, əxlaq və milli
dəyərlərə uyan bir ailə canlanırdı əvvəllər. Zaman keçdikcə müasirləşmə
Azərbaycan ailəsindən də yan keçmədi. Keçmiş dövrlərdə ərini evin
"Allahı” hesab edən Azərbaycan qadını sonradan bu mövqedə özü durmaq
istədi. Davalar, ailədaxili münaqişələr, təhqir və hədələr adiləşdi ailə
üçün.
Zamanla ailələr öz dəyərlərini qoruya bilməyib, dağılmağa
başladı. Bu gün statistikaya nəzər salsaq görərik ki, son zamanlar
boşananların hər il daha da artır. Buna səbəbi nədir?
Mütəxəsislər
boşanma səbəblərini müxtəlif səbəblərlə izah edirlər. Bəzisi ailədaxili
münaqişələrin səbəbini kənar şəxslərin müdaxiləsi, bəziləri iqtisadi
çətinlik, bəzisi isə seksual aclıqla izah edirlər. Bəs əsl səbəb nədir?
2
ildir ki, ailəsindən kənar yaşayan Azad İsabalayev (ad şərtidir) deyir
ki, ailənin saxlanılmasında qadının böyük rolu var. "Əgər kişi çalışır,
qadınını, uşaqlarını saxlayırsa, qadının da borcudur ki, həyat
yoldaşının arzuladığı, istədiyi kimi olsun. Amma təssüf ki, qadınlar
yalnız ailə qurana qədər bizim istədiyimiz kimi olurlar”,- deyən
müsahibim qadınların ailə qurandan bir il sonra tamamilə dəyişib
başqalaşdığını bildirir.
- Ruhiyyə ilə tanışlığım təsadüfi olmuşdu.
Açıq danışacağam. Rusiyada yaşadığım üçün gec evlənmişəm. Qadınlar
haqqında düşüncələrim mənfi olduğundan, evlənməyi ağlımdan keçirmirdim.
Amma bir gün onu tanıdım. Qarayanız, uzunsaçlı, səliqəli qıza ilk gündən
vuruldum. Tanıdıqca daha çox sevirdim. Xəyallarımın qadını idi.
Təmizkar, səliqəli, başadüşən, sakit. Evləndim. İlk 3 ay özümü dünyanın
ən xoşbəxt kişisi hesab edirdim Ruhiyyə ehtiraslı qadın idi. Mənim elə
bir istəyim olmurdu ki, qarşılaya bilməsin. Sonra hamilə qaldı. Oğlum
dünyaya gələndən sonra sanki bizim evliliyə nöqtə qoyuldu. 1 ilə yaxın
bir evdə bacı-qardaş münasibətində yaşadıq. Zaman keçdikcə tamam
dəyişirdi. Əvvəlcə öz səliqəsinə fikir vermədi. Nə zaman zəng etsəm ya
yatmış olurdu, ya da televizor qarşısında. Evə gələndə evi özüm
yığşdırırdım. Sonra mənim də paltarlarıma, səliqəmə diqqət yetirməmə
başladı. Çirkli geyimlərlə işə getməkdən cana doymuşdum, geyimlərimi də
artıq özüm yuyurdum. Axı bir uşağı böyütmək nə problem idi ki, dünyalar
qədər sevdiyim qadın özünü bu qədər itirmişdi. Dəfələrlə qarşıma alıb
danlayır, başa salırdım. Amma heç bir xeyri olmurdu. Dostlarım deyirdi
ki, bundan ayrılma, amma başqasını al həyatına, bu oğlunun anasıdır,
ortada qalmasın. Bir ili də dostların məsləhətləiylə yola verdim. Artıq
tükənmişdim... ,- deyən A. İsabalayev həyat yoldaşından ayrılmağa qərar
verir.
İkinci dəfə ailə qurmaqdan çəkinən müsahibim qeyri-rəsmi
olaraq bir qadınla yaşadığını da gizlətmir. "Qadın gərək səni bütün
varlığı ilə istəsin. O zaman özünü xoşbəxt hiss edirsən”,- deyir.
Androloq-seksopotoloq Kamil Baxşıyevin sözlərinə görə, Azərbaycan ailəsinin əsas problemlərindən bir seks çatışmazlığıdır:
-
Çünki istər kişi, istərsə də qadın düzgün seks haqqında anlayışa malik
olmur. Fərdlərn cinsi iştahları müxtəlifdir. Bəzi ailələrdə seks gündə,
bəzilərində həftədə 2 dəfə, bəzilərində isə, ayda bir dəfə olur. Əsas
hər iki tərəfin istəklərinin üst-üstə düşməsidir. Qadınlarda cinsi
hisslərin pik nöqtəsi 30 yaşından başlayır. Kişilərdə isə 20 yaşına
təsadüf edir. Amma nəzərə almaq lazımdır ki, 20 yaşında gənclə 35-40
yaşlı kişinin cinsi bacarıqları çox fərqlidir. Yəni bir qədər yaşlı
kişilər cinsi münasibətə az-az girsələr də qadını doyurma bacarıqları
daha güclü olur.
Müsahibim bildirir ki, Azərbaycan
ailələri "pərdəli”, qapalı olduğu üçün kişilər qadınlarından, qadınlar
isə kişilərindən istədikləri həzzi ala bilmirlər. Qadın cinsi
fantaziyalarını həyata keçirməyə utanır, kişi isə bu fantaziyaların
həyata keçirilməsini tələb etməyə. Zaman keçdikcə isə, bir-birinə qarşı
olan hisslər sönür və yaxud başqa birinə yönlənir.
Baxşıyev deyir
ki, əri ilə ən azı həftədə iki dəfə cinsi əlaqəyə girməyən qadın fəxrlə
"mənim ərim məni dəyişməz” deməməlidir. Çox güman ki, həyat yoldaşı
artıq onu başqası ilə dəyişib.
- Seksual uyğunsuzluq qarşı
tərəfin hisslərinə zərər verir. Cinsi əlaqəyə girən zaman bunu sevgi və
istəklə etmək lazımdır. Bu, qarşı tərəfə ağrı və əzab verməməlidir.
Cinsi əlaqə zamanı ağrı və acının yaşanması hissləri tamamilə soyuda
bilər,- deyən seksopotoloqun fikrincə, bəzi qadınlar həyat yoldaşlarının
onlara aid olduğuna əmin olduqdan sonra cinsi əlaqəni ikinci və ya
beşinci plana atırlar. Bu da sonda ailənin dağılmasına səbəb olur. Hər
bir qadın nəzərər almalıdır ki, cinsi istəkləri təmin edilmiş kişi kimi
güclü kişi yoxdur: "Özünü xoşbəxt sayan kişi dağı yerində oynada bilər.
Bir çox insanlar seksin önəmli olmadığını düşünsələr də, əslində insanın
həyatını dəyişən, həzz verən, yaşamağa həvəsləndirən sevgi ilə həyata
keçirilmiş seksdir”.
Psixoloq İkram Rüstəmovun fikrincə, ən güclü sevgilər yataqdan başlayır:
-
Bəzən birinin rəsminə vurulursan, onun arzusu ilə yaşayırsan. Həyatında
bircə dəfə də olsun ona toxunmaq sənə həzz verir. Qadınla kişi arasında
adını "sevgi” qoyduğumuz bütün hisslərin sonunu bir tək seks həll edir.
Seks zamanı yaranan hisslər insanı bir-birinə bağlaya və ya soyuda
bilər. Təəssüflə qeyd etməliyəm ki, bu gün Azərbaycan ailəsində qadın
seks zamanı çox passiv olur. Bu, ya hisslərin yetərsizliyindən, ya da
utanc hissindən irəli gəlir. Lakin qadın unutmamalıdır ki, seks ailəni
qutarır. Bəzən görürsən, kişi işdən yorğun gəlib, qadın qarşısına bir
qab yemək, 1 stəkan çay qoyub, ya uşaqlarla məşğul olur, ya da yatmağa
gedir. Kişinin gününün necə keçməsi, istəkləri qadına maraqlı olmur. Ya
da yemək və çay verdikdən sonra kişinin yanına oturub, bütün gün
yaşadığı problemləri, gördüyü işləri, uşaqlarla davranışını anladır,
şikayətlənir. Onsuz da yorğun kişi az qala bütün varlığı ilə qışqırıb
"bəsdir” demək istəsə də, başını yelləməklə qadınını eşitdiyini hiss
etdirir. Bəzən isə dözmür, bu, mübahisəyə çevrilir. Çox zaman qadının
kişiyə rəhmi gəlmir, adı kişidir deyə elə bilir ki, nə olsa dözəcək.
Psixoloq
hesab edir ki, qadın ailənin ideal olması üçün əlindən gələni
etməlidir. Ərinin xəyanət etməməsini, onun özünü xoşbəxt hiss etməsini
istəyən qadın kişini yuksəklərə qaldırmalıdır: "Yoldaşınıza yeməkdən
sonra şikayət etmək əvəzinə qayğı, nəvaziş göstərin. Ona sevgi təklif
edin”.
İ. Rüstəmov Azərbaycan ailəsində yaranan bir çox problemlərin kökündə cinsi doyumsuzluğun durduğunu deyir.
***
Deyirlər
ki, "sevgi yatağa qədərdir”. Bu, həqiqətən də belədir. Sadəcə olaraq,
bəzi insanlar bu deyimin dərinliyinə varmır. Elə düşünürlər ki, kişi və
ya qadın arzuladığına qovuşursa, hər şey bitir. Xeyr! Bəli, sevgi yatağa
qədərdir. Yataqda sevginin davam edib-etməyəcəyi müəyyən edilir. Kişi
və ya qadın arzuladığı insana qovuşandan sonra bu proses ona həzz
verirsə, o hisslərin pikini yaşa bilirsə, əsl sevgi burdan başlayır.
Yox, əgər iki sevgilinin qovuşması atəşsiz, ehtirassız və həzzsiz
keçirsə, sevgi elə o yataqda bitir.//Azvizion