Romantik seks üçün nə etməli?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 39660
Səs ver:
(səs: 3)
Seks həyatınıza romantika əlavə etməyə nə deyirsiniz? Həm romantik, həm də seksual olmaq üçün bunları etmək kifayətdir. 

Mesaj yazın – Münasibətlərinizə həm romantizm, həm də ehtiras əlavə etmək üçün həyat yoldaşınızın telefonuna "Səni elə indi görmək istəyirəm, kaş ki, yanımda olsaydın” tipli mesajlar göndərin 

Parfumla özünüzü xatırladın – İlk dəfə görüşdüyünüz gün vurduğunuz parfum onun hafizəsinzdən heç vaxt silinmir. Qoxu üzrə mütəxəssislər qoxuların çox qüvvətli təsirə malik və xatırladan xüsusiyyətə malik olduğunu söyləyirlər. Həmin qoxunun eynisindən işlədərək romantik vaxtlarınızı, ilk tanışlığınızı xatırlda bilərsiniz...

Yarı çılpaq qalın – Münasibətlərinizin ilk aylarındakı utancaqlığınızı xatırlayın. Həmin həyəcanı yaşamağa nə deyirsiniz? Eyni ilə ilk görüşdəki kimi utancaq və çəkingən qadın rolunu oynayın. Tamamilə soyunmayın, alt geyimlərini çıxarmaq zövqünü həyat yoldaşınıza yaşadın. 

Birlikdə ehtiraslı hekayələr oxuyun – Yatağa girin və həyat yoldaşınıza yüksək səslə ehtiraslı roman, ya da hekayə oxuyun. Bir az oxuduqdan sonra kitabı həyat yoldaşınıza verin və oxumağa o, davam etsin. Deməyə utandığınız şeyləri kitabdan oxuyur kimi söyləmək şansınız da yarana bilər. Bu oyun erotik film təsiri yaradaraq ikinizin də seks istəyini artıra bilər. 

Toxunun – Kobud toxunuşlar hər zaman seksuallıq demək deyil. Bir-birinizə asta hərəkətlərlə toxunmağa çalşın. Çətin hiss edilən toxunuşlar vücuda fərqli elektrik verir. 

Aroma yağlar – Toxunuşları romantik masajla əvəz etməyə nə deyirsiniz? Aramo yağlarını əllərinizə tökərək, ya da öz bədininizə bu yağlardan çəkdikdən sonra ona sarılaraq ayaqlarınız və əllərinizlə masaj edin. 

Qaşıq pozisiyasında qucaqlaşın – Qadın və kişinin yan-yana yatıb iç-içə qucaqlaşdıqları pozisiya, ən romantik, ən sevgi dolu seks pozisiyalarından biridir. Yan-yana uzandıqdan sonra birlikdə nəfəs alıb-verməyə başlayın. Bu formada bir-birinizin bədən dilindən təsirlənib özünüzü həyat yoldaşınızın ruhunun bir parşası kimi hiss edəcəksiniz. 

Seksdən sonrakı romantizm – Seksdən sonra aranızdakı istiliyi uzadın. Birlikdə duşa girin və qucaqlaşaraq yatın...

(səs: 3)
Şərhlər: 3
Baxılıb: 39660
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

    Qadın testləri