Seksdə qızıl qayda: bədənə deyil, ruha toxun!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 9 470
Səs ver:
(səs: 1)
Həyat yoldaşınızın, sevgilinizin, partnyorunuzun bədəninə deyil, ruhuna toxunun

Xoşbəxt cinsi həyatın yolu tərəflərin qarşılıqlı hörmətindən, sevgisindən və bir-birinə təslim olmaqdan keçir.

Cinsi yaxınlıq hər evli cütlüyün həyatının tamamlayıcı parçasıdır. Çünki cinsi enerji həm də yaşam enerjisidir. Özünü tanıyan, özünə güvənən insan cinsi enerjiyə qarşı çıxmaqdansa, ona təslim olmağa çalışar. Sevgi, hörmət, səbir, qayğı, şəfqət, sədaqət və qürur yalnız həyatın digər sahələrində deyil, cinsi həyatda da önəmli hissələrindədir.

Seksin yalnız bədənə toxunmaqla yox, ruhən baş tutması cinsi həyatınızı daha da rəngləndirər. Qadınlar.Biz-in seks həyatınızla bağlı sizə bəzi məsləhətləri var.

Seks zamanı toxunmaqdan ləzzət alın

Xoşbəxt olmanın yolu seks deyil, həm də cütlüklərin bir-birinə sevgisi və hörmətidir. Seks zamanı hər şeyi unudub, yalnız və yalnız seksi düşünməlisiniz. Sevişərkən partnyorlar bir-birilərinin duyğularına qarşılıq verə bilməlidirlər.

Birlikdə duş qəbul edin

Seksdən sonra cütlük çimmək istəyərsə, birlikdə çimmələri məsləhətdir. Beləliklə, cütlük bütün kirlərini, narahatlıq və gərginliklərini birlikdə atmış olacaqlar. Gözəl yemək süfrələri, bir-birinə erotik masajlar etmək, özəl paltarlar geymək, erotik oyunlar oynamaq da duyğusal seksin göstəriciləridir.

Sevgisinə və nəfəsinə nəzarət etməyi bacaran nəfsinə də nəzarət edə bilər. Nəfəs və adi seks hərəkətləri olmadan nəfsinizə, erkən boşalmaya nəzarət etməklə uzun müddət sevişə bilərsiniz. Cütlük nəfəslərini bir-birinə verməli və dərin göz təmasında olmalıdır. Beləliklə, ruhları və cinsi enerjiləri birləşir və bir-birilərinin bədənini istək və heyranlıqla kəşf etmiş olurlar.

Məqsədiniz orqazma çatmaq olmasın

Əgər cütlük sadəcə orqazma çatmağı düşünərsə, seksin bəxş etdiyi digər həzdən məhrum qalmış olacaq. Buna görə seksdə hədəf olmamalıdır, sadəcə fiziki və ruhi birləşmə yaşanmalıdır. Bunun üçün cütlük bir-birinə fərqli gözlərlə baxaraq, bir-birinin gözəlliyinin fərqinə varmalıdırlar. Cinsəllik - rahatlamış halda həzz alıb, həzz vermə, ruhu və bədəni bölüşmə sənətidir.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 9 470
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri