Bir gecəlik münasibət xəyanət sayılırmı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 8 802
Səs ver:
(səs: 1)
Ehtiras qurbanı, yoxsa: bir gecəlik münasibət xəyanət sayılırmı?
 
Sevdikləri insan tərəfindən aldadılan, xəyanət uğrayan tərəflər əksər hallarda çıxış yolunu ayrılıqda görürlər. Xəyanətin səbəbləri isə müxtəlif olur: bəzən iki-üç dəqiqəlik hissə hakim ola bilməmək, bəzən qarşı tərəfdən qisas hissi, bəzən cinsi tələbat və s.
 
Çoxumuz xəyanəti bağışlanılmaz səhv hesab etsək də, İngiltərədə aparılan bir araşdırma göstərib ki, xəyanətə qarşı bütün insanların münasibəti heç də eyni deyil. Araşdırma zamanı məlum olub ki, əksər hallarda evlilik həyatının qayda-qanunlarından, standart yaşam tərzindən sıxılan insanlar tək gecəlik münasibətlərə maraq göstərir. Ən maraqlı məqam isə ondan ibarətdir ki, cütlüklər sevgililərinin tək gecəlik münasibətlərə, yəni xəyanətə olan marağını anlayışla qarşılayırlar.
 
Bu mövzuda aparılan sorğuda iştirak edən qadınlardan 78, kişilərin isə 32 faizi bunun tamamilə normal hal olduğunu və buna görə qarşı tərəfdənsə, günahı özlərində axtarmalı olduqlarını bildiriblər. Sorğunun yekunlarında məlum olub ki, qarşı tərəfin xəyanətinə heç bir reaksiya verməyən qadın və kişilərin 67 faizi həyatları boyu heç olmasa, bir dəfə xəyanət ediblər.
 
Eyni zamanda bu araşdırma nəticəsində o da məlum olub ki, evlilik cütlüklərin cinsi həyatına mənfi təsir edir. Belə ki, cütlüklər evliliklərinin əvvəlində həftədə 4 dəfə intim münasibətdə olduqlarını bildirdikləri halda, 3 ildən sonra bu göstəricinin həftədə, bəzən hətta iki-üç həftədə bir dəfəyə endiyini qeyd ediblər.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 8 802
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri