Cinsi əlaqə, yoxsa dostluq?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 124
Səs ver:
(səs: 2)
Kişilər qarşı cinsin nümayəndələrindən nə gözləyir?

Bu sual bütün dövrlərdə aktual olub. Bu sualın bir neçə cavabı ola bilər. Lakin biz ümumiləşdirmə apararaq onları müəyyənləşdirmişik. Kişilər qadınlardan: rahatlıq, dostluq və sevgi gözləyir.

Rahatlıq
Rahatlıq bir çox kişilərin qadınlarla münasibətini davam etdirməsinin əsas səbəbidir. Güvənə biləcəyi qadının yanında dünyanı bütün problemlərindən və stressindən uzaqda olmağı istəyirlər. Sevdiyi qadının yanında özlərini komfortda hiss etmək kişilər üçün vacib amildir. Bu hiss onlara rahatlıq bəxş edir. Hər bir kişinin xəyalında evə gəldiyi zaman yanında sevdiyi qadının olduğu huzurlu və sakit həyat qurur.

Həyat yoldaşı ilə sakit, rahat atmosferdə olmaq qadınlarında ən böyük arzusudur. Qadınlar da isti və mehriban ailə qura biləcəyi kişi axtarır. Mehriban sözlərlə qəlbimizi ələ alan, ruhumuzu oxşayan və anlayışlı ailə arzu edirik.

Hər iki cins mütəmadi olaraq tənqid edilməyə və başqası tərəfindən günahlandırımağa dözə bilmir. Bütün bunlar iki insan arasında mütəmadi olaraq baş verirsə, o münasibət uzun ömürlü ola bilmir.

Dostluq
Əslində, bir kişinin qadınla evlənməsinin yeganə səbəbi dostluqdur. Oxşar maraqlar, gələcəklə bağlı ortaq xəyallar, hədəflər, yumor anlayışı iki insnaı bir-birinə yaxınlaşdıran ünsürlərdir. Bu sevgililər arasında da belədir. Duyğusal cazibədən başqa kişilər birlikdə olduqları qadında dostca söhbət etmək üçün bəzi xüsusiyyətlər axtarırlar.

Bəs biz qadınlar? Əlbəttə ki, çayxana söhbətləri deyil, amma dərdlərimizi paylaşa biləcəyimiz, sevinclərmizi bölüşə biləcəyimiz, çətinliklərimizdən danışa biləcəyimiz, bizi anlayan dost, həm də sevgili axtarırıq.

Seks
Buna heç təəccüblənmədik. Seksin siyahıda sonda gəlməsi sizə qəribə gələ bilər. Lakin aparılan araşdırmalara görə kişilərin qadınlardan və bir münasibətdən gözlədikləri ilk olaraq dostluq və rahatlıqdır. Dolayısı ilə seks sonda gəlir. Sağlam münasibətin ancaq seks üzərində qurulması mümkün deyil. Amma sağlam seks həyatı olmadan münasibətin davam etməsi o qədər də inandırcı deyil. Seks həyatınızı daha əyləncəli və güclü etmək üçün sizə bəzi məsləhətlər veririk.

Xoşbəxt seks, təkcə kişilərin deyil, əlbəttə ki, qadınların da bir münasibətdə axtardıqları xüsusiyyətdir. Amma cəmiyyətdə seksin təkcə kişilərə xas bir xüsusiyyəti, yaxud ehtiyacı olduğunu düşünülür. Amma unutmaq lazım deyil ki, bu iki insan arasında baş verir. Qadınlar da ən az kişilər qədər istəklidir. Hər bir cütlüyə xoşbəxt seks və xoşbəxt sevgi arzulayırıq...
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 5 124
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri