"Seksi kefli və uzun müddətli etmək yalnız cütlüklərin əlindədir”, -
deyən seksopatoloqların bu tövsiyələrinə əməl etsəniz, həm seksdən daha
çox məmnunluq qazanar, həm də seks müddətini uzada bilərsiz.Seks müddətini uzadacaq 8 addımı təqdim edir.
Ünsiyyət. Cütlüklər cinsəlliklə bağlı istək, gözlənti və duyğularını
bir-birinə açıq şəkildə ifadə etməlidir. Məhz ərinin ürəyincə olsun
deyə, axşam seksə razılıq verən bir qadın soyuq davranıb kişinin həzz
almasını əngəlləyə bilər və bu, davam edərsə, kişidə erkən boşalma
problemi yarana bilər. Cinsəllikdə istədiyi və ya istəmədiyi şeyləri
rahatlıqla danışa bilən bir cütlük cinsəllikdən daha çox zövq alır.
Uyğun ortam yaratmaq. Güvənli və rahat bir şəraitdə cinsəllikdən daha
çox zövq almaq olur. Konfortsuz, güvənsiz yerdə seksdən çox həzz ala
bilmərsiz.
Ön sevişmə müddəti. Qadınlar ön sevişmədən böyük həzz alırlar. Buna görə
ön sevişmə müddəti 20 dəqiqə olmalıdır. Kişinin erkən boşalma müddətini
və qadının orqazma çatmasını nəzərə alaraq ön sevişmə mütləq olmalıdır.
Ön sevişmə zamanı bir birinə toxunan, bir-birini oxşayan, sevgisini
göstərən cütlüklərin cinsəllik müddəti uzun olur.
Fantaziyalar və eşq oyunları. Sevdiyinizlə seks həyatından artıq əvvəlki
həzzi ala bilmirsizsə, demək, monoton bir hala gətirmisiz. Bunu
dəyişdirmək üçün cinsi fantaziyalar və eşq oyunları seks müddətini və
ondan aldığınız həzzi daha çox artırmış olacaq. Məsələn, sevdiyinizi
erotik masaj etmək, onu dəli edəcək bir rəqs, seksual alt paltarları
geyinmək, erotik sürpriz etmək, dəyişik məkanlarda sevişmək, cinsi
təhrik edən erotik mesajlar yazmaq, romantik şam yeməyi, ya onunla
sevgiliymiş kimi flirt etmək.
Sevgi, hörmət və özgüvən. İnsan öz bədənini olduğu kimi qəbul edirsə,
seks zamanı daha rahat və aktiv olacaq. Sevdiyinə sevgi və hörmət
duyursa, xoşbəxt bir cinsi birlikdəliyi olacaq. Sevgi və seks bir-birini
tamamladığı üçün sevgini göstərib seksi uzada bilərsiz.
Ehtiras. Münasibətində romantizm və ehtirasa önəm verən cütlük seksi
mexanik bir hala gətirməz. Ehtiraslı və romantik cütlüklər uzun və
alovlu sevişmələr yaşayar.
Qidalanma. Cinsi istəyi artıran afrodizyak təsirli qidalar cinsi həyata
müsbət təsir edir. Sevişmədən öncə köp yaradan yeməklər yemək, soyuq
içkilər içmək, dondurma yemək, cinsi istəyi azaldır. Yaxşı cinsi
performans üçün nə çox tox, nə çox ac olun.
İdman. İdmanla məşğul olan fərdlər dinc və rahat olduqları üçün cinsi
performansları da yaxşı olur. Ürək döyüntüsü və qan axını artdığı üçün
cinsi istəyi də artar. Penis və vagina ətrafındakı pelvis damarları
çalışdıran idman hərəkətləri sayəsində cinsi istəyi artıra bilərsiz.
Siqaret və spirtli içkidən də uzaq durmaq lazımdır.