Daxili cinsiyyət üzvləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 12 287
Səs ver:
(səs: 1)

 

alt

 

 

Uşaqlıq armudvari formada olub geniş hissəsi yuxarı tərəfə yönəlməklə anatomik olaraq – önündə sidik kisəsi, arxasında isə düz bağırsaq olmaqla kiçik çanaq boşluğunun mərkəzində yerləşir. Uşaqlığın ölçüsü toyuq yumurtası boyda, çəkisi isə cavan qadınlarda 50 qrama yaxındır. Yuxarı geniş hissəsi uşaqlıq cismi, aşağı hissəsi isə uşaqlıq boynu adlanır. Xarici tərəfdən uşaqlıq qalın qatla, daxili tərəfdən isə zərif selikli qişa (endometrium) ilə örtülmüşdür. Endometrium qişasında mütəmadi (periodik) olaraq menstruasiya dövrünün (tsiklinin) müxtəlif mərhələlərinə (fazalarına) uyğun dəyişikliklər baş verir. Uşaqlıq boynu vəziləri tərəfindən ifraz olunan xüsusi maddə uşaqlıq boynu kanalında selikli tıxac şəklində yığılaraq, uşaqlıq boşluğuna xaricdən xəstəliktörədici mikrobların daxil olmasının qarşısını alır.alt

Yumurtalıqlar – iki sayda olmaqla uşaqlığın sağ və sol tərəflərində yerləşirlər. Uzunluğu 2,5-4 sm, eni


1,5-2 sm ölçüsündə uzunsov formada olan yumurtalıqlarda yumurta hüceyrələrinin yetişməsi və "saxlanması” baş verir. Yumurtalıqlar yumurta hüceyrələrini qız uşağının bətndaxili inkişaf dövründən başlayaraq toplamağa başlayırlar. Belə ki, yeni doğulmuş qız uşaqlarının iki yumurtalığında yüz minlərlə yumurta hüceyrəsi olur. Bütün bu hüceyrələr cinsi yetkinlik dövrünə qədər (təxminən 12 yaşadək) fəaliyyətsiz olaraq qalırlar. Cinsi yetkinlik dövrünün başlamasından klimaks (ay-başının kəsilməsi) dövrünə qədər olan müddət ərzində qadınlarda 300-400 sayda menstrual tsikl olur. Bunun da nəticəsində o qədər sayda da mayalanma qabiliyyəti olan yumurta hüceyrələri (qadın cinsi hüceyrələri) yetişdirilmiş olur.

Bundan başqa, yumurtalıqlar, həmçinin vacib daxili sekresiya üzvlərinə də aid edilir. Belə ki, onlar əsas qadın cinsi hormonlarını estrogenləri də hazırlayırlar. Bu hormonların təsiri altında qadın cinsiyyət üzvləri inkişaf edir, qadınlara məxsus xarakterik xarici əlamətlər formalaşır (qadının müvafiq bədən forması, bəzi sahələrin tüklənməsi və s.), həmçinin qadınlara məxsus cinsi həssaslıq (temperament) inkişaf etmiş olur.

Uşaqlıq cisminin yuxarı hissəsinin sol və sağ tərəflərindən ayrılan uşaqlıq (Fallopi) boruları yerləşir. Uşaqlıq boşluğundan başlayan bu boruların saçaq şəkilli çıxıntılarla qurtaran qıf formalı digər ucu isə yumurtalıqlara yaxın olmaqla qarın boşluğuna açılır. Borunun uzunluğu 10-12 sm, boşluğunun diametri isə bir neçə mm olur. Boruların daxili selikli qişası xovlarla zəngindir. Uşaqlıq borularının quruluşu kifayət qədər mürəkkəb olur.

Bu borular bir neçə funksiya daşıyırlar. Yumurtalıqda inkişaf etmiş yumurta hüceyrəsi qarın boşluğuna düşdükdən sonra Fallopi borusunun saçaq şəkilli çıxıntıları öz hərəkətləri ilə onu borunun ucundakı qıf hissəyə, oradan isə borunun içərisi ilə uşaqlıq boşluğuna ötürürlər.

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 12 287
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri