Ailədə kişilər cinsi əlaqədən niyə soyuyur?

Müəllif: emis
Şərhlər: 5
Baxılıb: 9 353
Səs ver:
(səs: 4)
Cinsi əlaqə kişilər üçün özünü sübut etməyin ən yaxşı üsulu hesab olunur. Bu səbəbdən partnyoruna verdiyi zövq, bir növ onun cinsi qabiliyyətlərinin aynası hesab olunur. Kişi, birgə olduğu qadına nə qədər zövq verə bilirsə, özünü o qədər güclü və qabiliyyətli hiss edir.

Bunu edə bilməyəndə isə özünü günahlandırır. Kişilər üçün yataq, bir növ öz gücünü sübut etmək üçün "ər meydanı”-dır. Kişinlərin öz gücünü sübut etmək üçün qadının yaxşı sözlərinə ehtiyacı olur. Əgər qadın cinsi əlaqə zamanı və sonra kişiyə qarşı soyuq davransa, kişinin özünə inamı azalar.

Güc ölçüsü
Eyni səbəbə görə, kişilər partnyoru cinsi əlaqəyə qarşı istəksiz olanda ya da soyuq davrananda günahı yenə özündə, öz kişilik gücündə axtarır. Belə bir vəziyyət yaranda özü də, bir anda sevişməkdən soyuyur. Cinsi əlqədən alınan zövqün bir-birini istəyən iki insanın yaşadığını unutmamalıyıq.

Bu istək və zövq bir dəfə yaşananda intim hisslər cütlükləri təsiri altında saxlayır. Ancaq, tərəfləindən birinin kiçik bir diqqətsizliyi ya da məsuliyyətsizliyi nəticəsində bu zəncirin asanlıqla qırıla biləcəyini unutmamaq lazımdır.

Kişi, qadına özünü görünməyən və doğruluğundan şübhə eşidilməyəcək şəkildə sübut etməyə çalışarkən, qadının onun bu səylərinə fikir verməməsi kişinin həmin qadından əbədi uzaqlaşmasına səbəb ola bilər. Bu səbəbdən mütəxəssislər sevişməyə qərar verildiyində, hər iki tərəfin də diqqətli davranmalı olduğunu bildirir.

Məsələn sevişəndə qadının anlaşılmaz cümlələr qurması da, partnyorunun diqqətini yayındırır. Bu vəziyyətdə kişi, qadının fikrinin başqa yerdə olduğu hissinə qapılır və onun sevişməyi həqiqətən istəyib istəmədiyindən əmin olmur.
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 9 353
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri