Ehtirasın pik nöqtəsi (18+)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 39 335
Səs ver:
(səs: 1)
Qadının ehtiraslı olması estrogen hormonunun səviyyəsindən asılıdır. Bu da o deməkdir ki, menstruasiya siklına əsasən, qadınlarda seks ehtiyacının hansı zamanlarda daha çox olduğunu müəyyən etmək olar. Araşdırmalara görə, hər qadın təxminən 28 gündən bir aybaşı olur. Aybaşı günləri qurtardıqdan sonrakı ilk 5 gündə estrogenin səviyyəsi aşağı düşür. Buna görə də qadınlar partnyorlarının seks istəklərinə mənfi cavab verirlər. 6-cı gündən 12-ci günə kimi estrogenin səviyyəsi artır. Qadınlar bu dövrdə sekslə məşğul olmağa meyilli olurlar. 13- 15-ci günlərdə cinsi istək qadında zirvəyə çıxır. Qadın o qədər ehtiraslı olurlar ki, həyat yoldaşlarını təəccübləndirməyi bacarırlar. 16-cı gündən 28-ci günə kimi estrogen hormonunun səviyyəsi yenidən aşağı düşür. Yəni, qadın üçün seks arxa planda qalır.

Ancaq menstruasiya zamanı qadında ehtiras yenidən pik həddə çatır. Elə problem də buradadır. Çünki bir çox insan belə düşünür ki, menstruasiya dövründə qadın cinsi əlaqəyə girməməlidir.
Görək menstruasiya zamanı seks doğurdan da insan sağlamlığı üçün zərərlidirmi?

Qadınların çoxu aybaşı dövründə özünü natəmiz hiss edir, çirkin olduğunu düşünür və kişiləri özlərindən uzaqlaşdırırlar. Ərinin və ya partnyorunun onun bu halından narahat olacağını düşünən qadınların sayı çoxdur. Düzdür kişilərin bir qismi bu halda qadınla əlaqədə olmaqdan həzz almırlar. Ancaq öz qadınını hər halı ilə bəyənən və aybaşı olan qadınla cinsi əlaqəyə girməyə normal baxan kişilər də var. Ona görə də ehtirasın pik nöqtəyə çıxdığı bu dövrdə həyat yoldaşınıza yox demədən əvvəl bir daha düşünün.

Aybaşı zamanı cinsi əlaqəyə girməyi ən başda din qadağan edir. Ancaq tibbi baxımdan bunu qadağan etməyə heç bir səbəb yoxdur.

Ancaq bir məqamı da vurğulamaq lazımdır ki, aybaşı zamanı cinsi əlaqəyə girən qadın partnyorunun kondomdan istifadə etməsini tələb etməlidir. Əks halda həm qadına, həm də kişiyə mikrob keçə bilər. Həmçinin tərəflərdən birində təhlükəli virus varsa, bunun qarşı tərəfə keçmək riski artır. Buradan da məlum olur ki, keçmiş dövrlərdə prezervativ olmadığı üçün dinlər aybaşı zamanı cinsi əlaqəni günah hesab ediblər. Ancaq müasir dövrdə araşdırmalar tam əksini göstərir. Araşdırmaların nəticələri göstərir ki, aybaşı yaşayan qadının cinsi əlaqəyə girməsinin faydası zərərindən çoxdur.

Aybaşı zamanı seksin faydaları
Məlumdur ki, menstruasiya dövrü qadınlar üçün çox çətin keçir. Qadın həm ağrılardan əzab çəkir, həm stress keçirir, həm də köp və baş ağrısı ilə mübarizə aparmalı olur. Bütün bu hallar qadının ətrafındakı insanlara da mənfi təsir edir. Çünki qadınlar əsəblərini ilk növbədə həyat yoldaşlarına, rəfiqələrinə, övladlarına tökürlər. Bu dövrdə ağrıdan xilas olmaq üçün müxtəlif bitki mənşəli çaylar içmək mümkün olsa da, onların təsiri çox az olur. Dərmandan istifadə etmək isə təhlükəlidir. Ancaq sən demə bütün bu problemlərin asan bir həll yolu var imiş. Elmi tədqiqatların nəticələri göstərir ki, seks aybaşı zamanı qadını bir çox problemdən xilas etməyə qadirdir. Ancaq bu zaman qadının orqazm olması şərtdir, əks təqdirdə seks qadına ağrıdan başqa heç nə verməyə bilər.

1.Seks zamanı qadın orqazm hissini yaşaya bilsə, aybaşı zamanı ağrı və şişkinlik azalacaq.

2.Orqazm zamanı istehsal olunan endorfin hormonu təbii ağrıkəsici və sakitləşdirici effekti verir. Bu da qadının daha az ağrı hiss etməsi, baş ağrısı, əsəb və stressdən xilas olması ilə nəticələnir.

3.Genital bölgədəki şişkinlik hissi (qan ilə dolu olduğu üçün belə hiss yaranır) bəzi qadınların seks zamanı həmişəkindən daha çox zövq almasına səbəb olur.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 39 335
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri