Son illərdə aparılan araşdırmaların nəticələri göstərib ki, köklük cinsi
həyata mənfi təsir edir. Xüsusilə bel ətrafında yığılan piy olduqca
təhlükəlidir.
Yeniqadın Biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avropa Cinsi
Sağlamlıq Birliyinin rəhbəri İrəm Hattat bel ölçüsünün seks həyatına
təsirlərindən danışarkən çox maraqlı faktlara toxunub:
"Araşdırmalar göstərir ki, qarındakı piylər sadəcə gözəllik baxımından
deyil, eləcə də cütlüklərin cinsi həyatında problemə çevrilir.
Bilirik ki, artıq kilo təzyiq, şəkər xəstəliyi, ürək-damar xəstəlikləri
kimi bir çox problemə səbəb olur. Bütün bunlar da öz növbəsində
yataqdakı performansa öz mənfi təsirini göstərir.
Qarın yağları həm də hormonların fəaliyyətini pozur.
Sağlam cinsi həyat yaşamaq istəyən cütlüklərə məsləhətim budur ki,
çəkiyə mütləq fikir versinlər. Qadınların bel ölçüsü 80 santimetri,
kişilərin bel ölçüsü isə 94 santimetri keçməməlidir”.
İrəm Hattat bildirir ki, bel ətrafında və qarında yığılan piylər həm
buradakı qan damarlarının qocalmasına səbəb olur, həm də seks üçün
lazımlı olan testosteron hormonunun səviyyəsini aşağı salır.
"Həyat tərzi cinsi həyata da öz təsirini göstərir. Siqaret, spirtli
içki, yanlış qidalanma, hərəkətsiz qalmaq, həddindən artıq stress,
depressiya, hətta 8 saatdan az yatmaq belə seks performansına təsir
edir.
Bütün bu saydıqlarım insanın sağlamlığına mənfi təsir edən faktorlardır.
Sağlam olmayan bir insan seksdən həzz ala bilməz, ən əsası isə
partnyoruna həzz verə bilməz.
Sağlam həyat yaşamaq istəyənlər mütləq gündə 30 dəqiqə də olsa idmana vaxt ayırmalıdırlar.
Spirtli içki və siqaret aludəçiləri narahat olmasınlar. Bunların
miqdarını azaltsalar və idmanla məşğul olmağa başlasalar 1 il ərzində
daha sağlam bir bədənə sahib ola bilərlər”.
Onu da qeyd etmək lazımdır ki, köklük həm də estetik cəhətdən insanı
narahat edən roblemdir. Kişilər artıq çəkini problem etmirlər. Bu
onların yataqdakı performansına mənfi təsir etsə də, psixologiyasına heç
bir təsiri olmur. Qadınlar isə fərqlidirlər. Artıq çəkisini kompleks
edən qadın yataqda rahat ola bilmir. Nəticədə nə partnyorunun
istəklərini qarşılaya bilir, nə də özü seksdən həzz alır. Nəticədə seks
həyatından məmnun olmayan cütlük ortaya çıxır. Bu hal cütlüklər arasında
xəyanət daha çox baş verir. Xoşbəxt bir ailə üçün digər məqamlarla
yanaşı, seks də çox önəmlidir. Qadın və kişi özünü yataqda xoşbəxt hiss
etməlidir. Əks təqdirdə xoşbəxtliyi başqa yerdə axtaracaq və böyük
ehtimalla da tapacaq.
Arıqlamağın həm kişilərin, həm də qadınların cinsi həyatına müsbət təsir etdiyini sübut edən araşdırmalar var.
Belə ki, 2009-2010-cu illərdə aparılan araşdırmaların nəticələrinə görə,
arıqlayan kişilər və qadınlar daha çox orqazm həzzini yaşayırlar.
Digər araşdırma isə 350 kök qadın üzərində aparılıb. 1 il ərzində pəhriz
və idmanla arıqlayan qadınlar həm daha tez-tez ehtiraslandıqlarını, həm
də daha asan orqazm olduqlarını bildiriblər.
Bir sözlə, sağlam cinsi həyata sahib xoşbəxt bir cütlük olmaq
istəyirsinizsə, artıq kilodan xilas olmalısınız. Bunun üçün internetdən
əldə etdiyiniz pəhrizləri saxlamaq əvəzinə bir diyetoloqa getməyiniz
məsləhətdir. Çünki sağlam şəkildə arıqlamaq çox önəmlidir.