Seksdən sonra bunları demək olmaz!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 11 905
Səs ver:
(səs: 2)
Sevişərkən partnyorla danışmaq, onun qulağına xoş sözlə fısıldamaq ona həzz verə bilər. Ancaq sevişmə bitdikdən sonra danışmamaq daha yaxşıdır. Ən əsası da bəzi qadağan olunmuş ifadələr var ki, ürəyinizdən keçsə də, onları dilinizə gətirməyin. Çünki seksdən sonra iki tərəfin də pis vəziyyətə düşməsinə səbəb olacaq dialoq münasibətləri korlayır. Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, davamlı olaraq belə sözlərdən istifadə etmək əlaqənin bitməsinə və ayrılığa gətirib çıxara bilər. İnsanların cinsi istəyini azaldan və cütlükləri bir-birinə düşmən olmaq həddinə gətirib çıxaran bu cümlələri yadda saxlayın, ancaq heç vaxt istifadə etməyin!.
Yataqda deməməli olduğunuz sözlər:
 
"Elə bu?”
Partnyorunuzun cinsiyyət orqanı istədiyiniz böyüklükdə olmaya bilər. Ancaq bunu onun üzünə deyib münasibətləri korlamaq lazım deyil. Sadəcə pozanı dəyişib daha çox həzz aldığınız vəziyyəti tapın.
 
"Burnundan nəfəs ala bilərsən?”
Qarşı tərəfin ağzından iy gəlirsə bunu ona daha nəzakətli şəkildə deyə bilərsiniz. Həm də bunu yataqda deyil, uyğun bir şəraitdə desəniz, daha yaxşı olar.
 
"Qarnıma və sellülitimə baxma”
Qüsursuz insan yoxdur, hamının qüsuru var. Özünüzə inanın, əmin olun ki, sevişərkən partnyorunuz qüsurlarınızı görmür.
 
"Qurtardı?”
Seksin çox tez başa çatması əsəblərinizi poza bilər. Ancaq bunu partnyorunuza açıq şəkildə demək düzgün deyil. Çünki onun özünə inamını azalda və cinsi həyatdan soyuda bilərsiniz. Əgər seks sizi təmin etməyibsə, bir az istirahət etdikdən sonra yenidən ona yaxınlaşın.
 
"İşıqları söndürək”
Bu ifadə özünüzə inanmadığınızı, qüsurlarınızı gizləməyə çalışdığınızı və partnyorunuzdan utandığınızı göstərir. Bu kişilərin xoşuna gəlmir, onlar özünə inana qadınları daha seksual hesab edirlər. Ona görə də işıqları söndürməyin. Sevişərkən onun gözlərinə baxın və həzz alın.
 
"Zəngə cavab verməliyəm”
Sevişərkən və ya sevişdikdən sonra gələn zənglərə dərhal cavab vermək çox pis davranışdır. Bunu edən kişi və ya qadın partnyoruna dəyər vermədiyini hiss etdirir. Telefonları ya söndürün, ya da zənglərə cavab verməyin.
 
"Çalış makiyajım pozulmasın”
Bu sözləri eşidən kişilərin başından bir vedrə qaynar su tökülür. Onları ən çox əsəbiləşdirən hərəkətdir. Baxımlı olmaq hər qadın üçün yaxşı xüsusiyyətdir, ancaq yataqda makiyaja yer yoxdur. Çalışın anın dadını çıxarın. Makiyajı sonra yeniləmək olar.
 
"Ora toxunma ağrayır”
Seks zamanı partnyorunuzu idarə etmək və onu həzz aldığınız bölgələrə yönləndirmək normaldır. Ancaq bunun nəzakətli üsulları da var. Yataqda partnyorunuza çoxlu qadağalar qoysanız, sizdən bezəcək və daha azad ola biləcəyi insanlara meyl edəcək.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 11 905
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri