Müasir gənclərin ilk toy gecəsi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 10 855
Səs ver:
(səs: 1)
Daily Mail” resursu müasir gənclərin ilk toy gecəsi ilə bağlı maraqlı rəy sorğusu dərc edib.

İngiltərədə 2 min cütlük arasında keçirilən sorğudan sonra indiki gənclərin yarısından çoxu toy gecəsi borclarını yerinə yetirməyə tələsmədiyi ortaya çıxıb.
Sorğuda iştirak edənlərin 52 faizi ilk gərdək gecəsi cinsi əlaqəyə girməyib, bunun əsas səbəbi toy gecəsi bəyin sərxoş olmasıdır (24%).
Toy gecəsi seksin ikinci plana keçməsinin başqa səbəbləri də var: gəlinin yorğun olması (16%), gəlinin sərxoş olması (13%), uşaqlara baxmaq məcburiyyəti (11%), bəziləri isə sadəcə mübahisə etdiklərindən ilk gecəni boşa verirlər (9%). Bəzi gənclər elə ilk gün bal ayına getdiklərindən (9%), bəziləri isə bütün toy gecəsi əyləndiklərindən (7%) ilk gecəni sekssiz başa vururlar.
Bundan əlavə sorğuda iştirak edən cütlüklərin 20%-indən çoxu etiraf edib ki, nəinki ilk gecə, heç ondan sonrakı bir neçə gün ərzində də cinsi əlaqəyə girməyiblər.

Sorğunun nəticələrini analiz edən ekspertlər bu nəticəyə gəliblər ki, belə vəziyyətin yaranmasına səbəb, cəmiyyətdəki dəyərlərin dəyişməsidir, cütlüklərin böyük əksəriyyəti evlənməmişdən qabaq bir yerdə yaşamağa başlayırlar, hətta onların uşaqları da olur, ona görə də ilk toy gecəsi anlayışı onlar üçün əhəmiyyətini itirir. Bundan başqa, gənc cütlükləri toya hazırlıq mərhələsindəki stress və əxlaqi təzyir çox yorur, onların ilk gecə həvəssiz olmalarının səbəblərindən birinin də bu olduğu ehtimal olunur.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 10 855
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri