Qadınların yataqda təkrarladığı 10 səhv

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 9 421
Səs ver:
(səs: 1)
1.İntim münasibətə başlamağı hər zaman qarşınızdakından gözləməyin. Qarşılıqlı istək yarandıqda özünüzü ifadə etməkdən çəkinməyin və bundan həzz almağı bacarın. Lazım olsa, anlaşılmazlığı qarşınızdakı ilə paylaşın. Onun fikirləri sizi rahatlaşdıracaq.
2.Qadınların cinsi münasibətdə passiv olmaları sadəcə əfsanədir. Həddi aşmağın yolu intim münasibətlərdir. Qarşınızdakına duyğu və hislərinizi açıq bildirin. Münasibət əsnasında istədiyiniz və arzuladığınız davranışları qarşınızdakına göstərin. Yoldaşınızın da istəyini öyrənin. Çox kişinin fəal və anlayışlı qadın arzuladığını untmayın.
3.Qadın və kişinin anatomik quruluşu kimi,intim fiziologiyası da fərqlidir. Buna görə də, cinsi istək, bildiriş və orqazm "mexanizm”ləri fərqlidir. Ola bilər ki, əks cins qədər tez, asan və fiziki mənada anlaşılmaya biləsiniz. Əlaqənizə mütləq əvvəlcə sevişmə və romantizm əlavə etməlisiniz. Lazım olsa, əks tərəflə danlşıb sizi "oyandıran” hərəkətləri bildirməlisiniz.
4.Bir çox qadın qarşısındakının cinsi fəallığını özününkündən vacib sayır. Partnyorun "oyandırılması” və orqazm qadınlar üçün daha vacib ola bilər. Əslində isə intim münasibətlər cütlüyə aiddir. Hər iki tərəfin məmnun, rahat olması intim istəyi daha da artırır. Bu cütlükləri bir birinə daha sıx bağlayır və münasibəti möhkəmləndirir. Buna görə də, "oyanma”, cinsi istək və orqazmla bağlı probleminiz varsa, problemi həll etməyə gecikməyin, yoldaşınıza yaxşılıq etməyi düşünməyin. Mütləq problemi yoldaşınızla paylaşın, lazım gələrsə mütəxəssisə müraciət edin.
5.İdeal imic məsələsi özünüzə inamı azaldıb, cinsi istəyinizin azalmasına səbəb ola bilər. Özünüzə inamın azalması nəticəsində normal davranmamanız yoldaşınızn da cinsi istəyini azalda bilər. Zehni cəlbetmənin ən az fiziki cəlbetmə qədər önəmli olduğunu unutmayın. Xarici görünüşünüzə önəm verin, ama həddini aşmayın.
6.İntim münasibətləri zaman, məkan və şərtlərin uyğun olduğu ana saxlamayın. Çox yorğun olsanız da, özünüzü baxımsız hiss etsəniz də, sevgi hislərini təxirə salmayın. Münasibətlərinizə sürpriz qatın, yoldaşınızı təəccübləndirin.
Cinsi probleminiz olduğunda, onu yoldaşınızla paylaşın. Cinsi problemlər cütlükləri bir birindən uzaqlaşdıra bilər. Bu problemlər münasibətlərə son qoya bilər. Səbəb nə olursa olsun, onunla danışın, paylaşın, başa salın. Cinsi probleminizin münasibətinizə  təsir etməsinə şərait yaratmayın. Lazım olsa, professional məsləhət alın.
8. Stress, gərginlik, narahatçılıq, hirs qadın və kişilərdə cinsi problemə səbəb olur. Xroniki stress həm psixoloji təsir göstərərək, həm də hormonal sistəmə təsir edərək kişilərdə erkən boşalma, sərtləşmə kimi, qadınlarda isə cinsi istəksizlik, oyandırma və orqazm problemi kimi cinsi sıxıntı yaradır. Buna görə də intim həyatınıza stressi yaxın buraxmayın.
9. Cinsi performans fiziki problemlər qədər yuxu səviyyəsi, duyğusallıq, şərait və s.dən aslıdır. Partnyorunuz cinsi münasibətə hər zaman hazır olmaya bilər. Bunu rədd edilmək kimi qəbul etməyin. Probleminiz böyüyür və həll edə bilmirsinizə, məsləhət alın.
10.Bir çox insanlar kişilərin intimmünasibətlərə "yaxşı performans” kimi yanaşdığını düşünürlər. Əslində isə, o performans zamanla olur. Əsas odur ki, cütlük bir yerdədir və bu zamandan həzz alırlar. Buna görə də özünüzdə fiiziki və psixoloji fikirlər yaradıb, cinsi münasibətlərinizi korlamayın.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 9 421
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri