Erkən evliliklər: müsbət və mənfi cəhətləri

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 4 863
Səs ver:
(səs: 3)
Erkən evlilik anlayışı millivə dini ənənələrdən asılı olaraq fərqlənir. Həmçinin qanunla tənzimlənir. Erkən evlilikaltında müxtəlif yaş göstəriciləri nəzərdə tutula bilər.
Biz erkən evliliyi yetkinlik yaşına çatmış insanların ittifaqıkimi dəyərləndirəcəyik.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə ölkədə nikah yaşı 18 yaş müəyyən olunur. Üzürlü səbəblərdən nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin xahişi ilə müvafiq orqanlar nikah yaşının bir ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Tərəfləryaş həddini gözləmədən qeyri rəsmi dini kəbinlə ailə münasibətləri qursalar belə, bu münasibətlərin heç bir hüquqi əhəmiyyəti olmur.
Təəssüf ki, əksər hallarda bu cür evliliklər uzun müddət sürmür. Səbəblərindən bəzilərini araşdıraq.

Gənc insanları bəzən düşünülməmiş evliliyə sövq edən səbəblər:
- sosial və hormonal zəmində bütün hislərin sevgi kimi qəbul edilməsi

– bura həm adi həvəs, maraq, meyl, ehtiras, vurğunluq və ya sadəcə simpatiya aiddir. Bəhs edilən yaşa xas olan xüsusiyyətlər və düşüncətərzini nəzərə alaraq bu cür hislər iki gənc insanı VVAQ şöbəsinə gətirir.
Lakin çox vaxt müəyyən müddətdən sonra evliliyinilk sevincli günləri adi məişət günləri ilə əvəz olunur, cütlük eyforiya vəziyyətindən çıxır və qərarın səhv olduğunu dərk edir. Bu halda uşağın olmaması vəziyyəti bir qədər asanlaşdırır.
- bəzən planlaşdırılmamışhaniləlik erkən evliliyə səbəb olur. Bunun nəticəsi isə məcburi nikah, qəliz münasibətlərvə arzuolunmayan uşaq olur.

- daha bir səbəb
– valideyn nəzarətindən çıxmaq, artıq böyük sərbəst və müstəqil olmaq istəyidir. Bunun üçün də gənclər çıxış yolunu evlilkdə gürürlər. Lakin reallıq çox vaxt göstərir ki, nəzarətdən qurtulduqdan sonra azadlıqla nə edəcəkləri sual altında qalır. Axı evlilik tək özünə görə deyil, həmçinin yaxın insana görə bir məsuliyyətdir. İrəlidə uşaq olduqdan sonra məsuliyyətdə artır. Və buyükü gənc yaşda daşımağa heç də hər kəs qabil deyil.

- evlilik valideyn, keçmiş sevgili və s. ilə manipulyasiya vasitəsi kimi. Zamanla bu cür manipulyasiyaya ehtiyac qalmır, yanında isə sevmədiyin insan qalır.Bu cür evliliklərin çoxu uğursuz olur və boşanmailə bitir. Düzdür, gənclər bunu daha asan keçirirlər, çünki həyat hələ təzə başlayır.

Bu isə sadəcə münasibətlərin növbəti mərhələsinin sonudur.
Lakin belə evliliklərin müsbət cəhətləri də var.Bu, əlbəttə ki, qiymətsiz həyat təcrübəsidir.

Bu toy, şənlik əhval-ruhiyyəsidir, ilk toy gecəsidir (düzdur, bəzən bu yenilik olmasa da, yenə də bir həyəcandır). Sonra isə bal ayı başlayır.

Bu gənc yaşda məsuliyyətin, qarşılıqlı qayğının, sərbəstliyin artmasıdır.

Bu xüsusən də, ayrı yaşamaq üçün imkan olduqda elə bəhs etdiyimiz valideyn nəzarətində çıxmaqdır. Bununla belə valideynlərlə xoş münasibətlər qorunursa,çətin vəziyyətlərdə onlara müraciət etmək olar. Bu gənc yaşda valideyn olmaqdır. Uşaqlar böyüyəcək, ata və ana isə hələ çox gənc və enerji dolu olacaqlar.

Hər bir gənc ailə bir sıra müsbət cəhətləri əlavə edə bilər, əsas isə müstəqillik, böyüklərin həyatını yaşanmaq və sevgidir.
Ümumiyyətlə isə, erkən nikaha daxil olan şəxslər özləri hələ uşaq sayılırlar. Və görəndə ki, hələ dünənə kimi valideynlərin etdiklərini indi özləri etməli olacaqlar gənc ailələr çətin vəziyyətə düşür.
Gözləntilər reallıqla ziddiyyət təşkil edir. Bu da anlaşılmazlığa, mübahisələrə səbəb olur. Hislər keçir, əsəbilik və narazılıq yer tutur.Evlilik qərarını aldıqda dərk etmək lazımdır ki, bu qərarın bir sıra nəticələri olacaq, ortayahəll olunmasını tələb edən çətin məsələlər çıxacaq.
Bu ev məsələsi ola bilər. Və bu çox böyükproblem ola bilər. Buna baş-başa qalmaq imkansızlığını da əlavə etmək olar. Bu yaşda isə bu cür problem əhəmiyyətli ola bilər.Həyat təcrübəsi olmadığı halda verilən qərarlara görə məsuliyyət də erkən nikahın problemi ola bilər.
Bu qərarlardan bütün ailənin səadəti asılıdır. Burada erkən evlilik problemlərinin hamısı sadalanmayıb, hər ailə özproblemlərini əlavə edə bilər. Lakin buna baxmayaraq iki gənc VVAQ şöbəsinə getməyə hazırdırsa, bəlkə məhz bu cütlüyün nikahı istisna olaraq möhkəm və uğurlu olacaq.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 4 863
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri