Toy tarixi necə seçilir?

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 2 221
Səs ver:
(səs: 0)
Toya hazırlaşarkən bəlkə də hamının ən çox əziyyət çəkdiyi mövzü toy tarixi mövzusudur. Toy taxrixi bir çox amildən asılıdır. Tarix həm evlənəcək cütlüyün, həm də toyda iştirak edəcək qonaqların ürəyincə olmalıdır. Lakin butun amilləri bir yerə toplasaq 3 əsas toy tarixi seçmə üsulu ortaya çıxarmaq olar.

Gün, il və sezonun uzlaşması
Toy tarixi necə seçilir?

Yaxın vaxtlarda tarix seçmək istəyirsinizsə növbəti yarım ildə uyğun gün seçmək olar. Misal üçün siz yay aylarında toy etməyə qərar verdiniz. Bu halda artıq ay seçmək lazım gəlir. Çalışmaq lazımdır ki hamıya rahat olan ay seçilsin. Ay seçdikdən sonra artıq gün seçiminə keçid alınır. Bu zaman əmin olmaq lazımdır ki toy hazırlıqları həmin gün üçün artıq tamamlanmış olacaq. Dəvət olunmuş qonaqlar isə seçilmiş gün toya qatıla biləcəklər.

Arzu etdiyiniz xidmətlər

Toy tarixi seçərkən istifadə edəcəyiniz xidmətlərə diqqət etmək lazımdır. Misal üçün sizin arzu etdiyiniz məkan var. Və siz öz toyunuzu yalnız bu məkanda təsəvvür edirsiniz. Nəzərə almaq lazımdır ki bu məkanda seçdiyiniz tarixdə başqa bir tədbir ola bilər. Buna görə ilk öncə məkana qərar verin. Məkan nə vaxt boş olacaqsa o zaman toy tarixi seçin.

Ailə ənənələrinin nəzərə alınması

Ailədən ailəyə fərq olur. Bəzən elə ailənin elə adəti olur ki qız tərəfi və ya oğlan tərəfi toyu müəyyən ayda edirlər. Bu zaman fikirləşəcəyiniz yeganə amil toy günü qalır.

Bu üsullara baxmayaraq çalışın toy gününü öz istəkləriniz əsasında seçin. Unutmayın ki bu gün sizin üçün çox önəmlidir. Vər hər şey sizdən asılıdır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 221
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri