Evliliyi ayaqda saxlayan nədir?

Müəllif: Love Angel
Şərhlər: 0
Baxılıb: 2 284
Səs ver:
(səs: 0)
Min cür əmək ilə qurulan bir evliliyi çox sadə səbəblərlə yıxmaq heç də düzgün bir hərəkət deyil. Buna görə də evliliyə bir neçə dəfə şans vermək bütün evliliklərin layiq olduğu bir şeydir. Bir evliliyi sonlandırmazdan əvvəl yaxşıca analiz etmək lazımdır.

Psixoloq Gani Eser evliliyi boşanmadan xilas edən məqamlardan danışdı. Biz də Psixoloq Gani Eser tərəfindən verilən məlumatları sizlərlə bölüşürük.

Cütlüklər evliliklə birlikdə bir-birlərinə uyğunlaşırlar. Beləcə, evlilik xoşbəxt bir şəkildə davam edir. Bu mərhələdə tərəflər bir-birlərinə qarşı anlayışlı və hörmətli olmalıdırlar. Xüsusilə evliliklərdə ilk iki il tərəflərin bir-birinə uyğunlaşması üçün vacibdir.

Əgər uyğunlaşmaq mümkün olmursa, boşanmanı düşünmək olar. Ancaq bəzən boşanmaq istəsələr də, çətinliklərə görə evlilik davam etdirilə bilər. Bunun səbəblərin arasında isə uşaqlar, maddi azadlığın olmaması, yeni həyata uyğunlaşmaqdan qorxmaq var.

Evliliyin ilk ili çətindir. Tarazlığı qorumaq çox da asan deyildir. Amma kritik sərhəddi keçdikdən sonra zamanla hər şey asanlaşacaqdır. Məsuliyyətlər tərəflər arasında bölüşdürüldükcə və empatiya qurduqca birlikdə daha güclü olduqlarının fərqinə varan insanlar daha yüksək motivasiyaya sahib olurlar.

Tez-tez edilən səhvlər

Xüsusilə ünsiyyət qurmağı bacarmırıq. Hadisələrdə mərkəz olaraq özümüzü görürük. Evlilikdən əvvəlki şəxsi vərdişlərimizi dəyişdirmək istəmirik. “Biz” olmağı bacarmırıq. Olduğumuz kimi hərəkət etməkdə və partnyorumuzu olduğu kimi qəbul etməkdə çətinlik çəkirik. Başqaları ilə müqayisə edirik və ya müqayisə olunuruq. İncidildikdə hisslərimizi bölüşmək yerinə susuruq. Əvvəlki münasibətlərimizin izlərini silməkdə gecikirik. Bir-birimizin çevrəsinə hörmət göstərməyi bacarmırıq.

Əgər empatiya qura bilsək, partnyorumuzun da münasibət üçün çalışdığını görə bilsək, bəlkə də öz səhvlərimizin fərqinə vara bilərik. Daim öz pəncərəmizdən baxdığımız üçün “biz” olmaqda çətinlik çəkirik. Boşu-boşuna səhv edən partnyorumuzun üzr istəməsini gözləyirik. Uzun səssizliklər get gedə bir-birimizdən uzaqlaşmağımıza səbəb olur. Halbuki, bağışladığımızı hiss etdirəcək bir sözlə yaxınlaşmağı sınasaq, bəlkə incikliyimiz bitə bilər. Kiçik səbəblərdən bitən evliliklərin sayı heç də az deyil əslində.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 284
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri