Evlənincə Dəyişər Deməyin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 290
Səs ver:
(səs: 2)
Həyat yoldaşınızı seçərkən ən çox diqqət yetirilməsi lazım olan nöqtələrin başında dəyərləriniz və ideallarınızın birliyi gəlir. Həyatı birlikdə yaşayacağınız adamın həyatı nə gözlə gördüyü, hədəfinin nə olduğu və dəyər mühakimələri, ən çox üzərində dayanılması lazım olan mövzudur.
Qazanılan pul ilə daha yaxşı yaşamaqmı hədəflənəcək, yoxsa o qazanc ola bildiyincə xeyr yollarınamı sərf ediləcək? Uşaq sahibi olunduğunda, uşaq hansı prinsiplərə görə böyüdüləcək, ona necə bir təhsil veriləcək? İctimai həyatda kimlərlə necə bir dialoq qurulacaq? Bu kimi təməl seçimlərdə uyğunlaşma, yaxşı bir evlilik üçün olmazsa olmaz şərtdir.
Sizin həyatınızı belə uğruna fəda edə biləcəyiniz ideallarınızı yoldaşınız yarım qulaqla dinləyirsə, hər sətirini dedik dedik oxuyub yaşamağa çalışdığınız kitablarınızı yoldaşınız dinlərkən mürgüləyirsə, buraxın sevgini, hörmət belə qalmaz aranızda.
"Hələlik istədiyim kimi deyil, amma irəlidə düzələr" deyə də özünüzü aldatmayın. Dəyişəcəyinə dair zəmanətiniz varmı? Ya da o, zəmanət verə bilirmi? Yoxsa siz qumar maraqlısısınızmı? Və ya təhlükəni çoxmu sevirsiniz?
TƏCRÜBƏLİ VƏ HÖRMƏTLİ İNSANLARA PROBLEM

Evlənəcəyiniz adamı fikirinə güvəndiyiniz kəslərə məsləhətçiniyin çox faydasını görərsiniz. Hələ aşiq sinizsə, tərəfsiz şərh edə bilməyəcəyiniz üçün hadisəyə üçüncü bir gözlə baxan  təcrübəli kəslərin şərhlərini də alın mütləq. Sizi bərabər və uyğun bir cüt olaraq görürlərmi? Təcrübə, sandığınızdan çox daha əhəmiyyətlidir. Ancaq burada da şişirtməyə qaçmamalı, mütləq son qərarı siz verməlisiniz. Səhv etmə qorxusu və ya qərarsızlıq səbəbiylə evlənəcəyi adamı ana-atasına və ya böyüklərinə seçdirənlərin şikayətə haqqı olmayacaq irəlidə.
Fikir uyğunlaşması əhəmiyyətli, ölçünü qaçırmayın

Fikir uyğunlaşması əhəmiyyətli deyərkən ölçünü qaçırmayın. Ən əhəmiyyətli nöqtədir bu, amma tək əhəmiyyətli nöqtə deyil. Bu nöqtədə xüsusilə bir fikir qrupu içində olan və idealları yolunda yaşayan kəslərin çox düşdüyü bir səhv vardır: Yaxşısına pisinə baxmadan, sırf eyni fikirləri paylaşdığı üçün uyğunlaşmasız biriylə evlənmək. Yalnız fikir birliyini əhəmiyyət verib şəxsiyyət uyğunlaşmasını yox saymaq kimi bir səhvə yol verməyin. Fikirləri sizə uyanlar içində xasiyyəti də sizə uyğun gələn birini mütləq taparsınız.
Tərcümə etdi:
PRETTY_GİRL
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 2 290
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri