Cinsi problemlərin çoxu evlənməmək üçün bəhanədir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 190
Səs ver:
(səs: 2)
Evlilikdən niyə qorxuruq? 

Sevgilinizi çox sevirsiniz, amma nikahdan söz düşəndə gərgin olursunuz? Sevdiyi insanla ailə qurmaq hər kəsin xəyalıdır. Bəs evlilikdən sonra hər şey qaydasında gedəcəkmi? Bütün bu suallar sizi evlilikdən uzaqlaşdıra bilərmi? Bu halda mütəxəssislərin fikrini diqqətlə oxuyun.  rus mətbuatına istinadən evlilik qorxularının səbəblərini açıqlayır. 

  • Evlilik qorxuları hazırda çox yayılmış psoxiloji problemdir. Xüsusən də kişilər arasında geniş yayılıb. Əvvəllər bu cür problemlərə nadir hallarda rast gəlmək olardı. Maddi problemlər və tək yaşamaq vərdişləri onları evlilikdən uzaqlaşdıran başlıca səbəblərdəndir. Ətrafda tez bitən evliliklər və boşanmalar da insanlarda evlilik fobiyasını artırır. 
  • Bir insanın evlənməsi üçün özünü təsdiqləməsi vacibdir. Xüsusən də kişilər kimdənsə asılı olmalı deyil. Öz ayaqları üstündə durmağı bacarmayan və ailəsinə hədsiz bağlı insanların evliliyi uzun müddət davam edə bilmir. Onların ailəsinə hər zaman kənardan müdaxilə olunur. Nəticə etibarı ilə evliliyi sarsıdır.
  • Hazırda bir çox cütlük evli olmadıqları halda eyni evdə yaşasalar da, rəsmi olaraq evlənmək qorxurlar. Çünki nikahın sehirləyici və bağlayıcı gücü olduğunu düşünürlər. Buna görə də evlilik məsuliyyətini onları qorxudur. 
  • Qadınlar kişilərin onlardan gözlədiyi məsuliyyətləri yerinə yetirməkdən qorxurlarsa, kişilər də uşaqların və həyat yoldaşlarının ehtiyaclarını ödəyə bilməməkdən qorxurlar. Sevdiyi insanlara gözəl həyat bəxş edə bilmədiyi düşüncəsi evliliklərinin sayını azaldır.
  • Kişilərin bəzisi də evlilikdən qaçmaq üçün cinsi problemləri bəhanə edir. Bunların bir hissəsi həqiqət olsa da, çox zaman "ideal bəhanə” olur. Kişilərin bu cür bəhanələrin arxasında gizlənməkdən xoşu gəlir. Həm də bunun psixoloji tərəfləri var.
  • Sevgilinizlə evlənməkdən qorxursunuzsa, psixoloqdan dəstək alın. 
  • Evliliyi dünyanın sonu kimi deyil, xoşbəxt həyatın başlanğıcı kimi görməyə çalışın. İnsanın necə düşünməsi, həyatına da təsir edir. Gözəl düşünün ki, həyatınız da gözəl olsun.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 4 190
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri