Sevdiyi kişidən evlənmə təklifi almaq hər qadının xəyalıdır. Yaxşı, bəs evlilik təklifini hökmən kişidən gözləmək lazımdır? Bir qadın, sevdiyi adama evlənmə təklif edə bilərmi? Qadınlar.Biz bütün bu sualların cavablarını təqdim edir …
10 qadından biri təklif edir .
İndiki vaxtda qadınlar kişilərlə həyatın bir çox sahəsində
bərabərləşir. Artıq rollar dəyişdi və bu dəyişmə əlaqələrə də əks
olundu. Artıq bəyəndiyi kişiyə qarşı ilk addımı atan qadın ola bilir.
Hamısı bu qədər deyil … Edilən araşdırmalar, hər 10 qadından 1 -inin görüşdüyü kişiyə evlənmə təklifi etdiyini ortaya qoyur.
Diz üstündə təklif!
Qadınlar artıq, xarici filmlərdə gördükləri diz üstündə edilən
evlənmə təklifinə əvvəlki qədər əhəmiyyət vermirlər. Səbəbi istər
səbirsizlik olsun, istər kişini əlindən qaçırma qorxusu … İndiki vaxtda
qadınlar bu mövzuda anında çox daha cəsurdular.
Kişilər nə deyir?
Buna qarşı, yenə aparılan araşdırmalar göstərir ki; kişilər qadınların özlərinə evlilik təklifi etməsindən narahatdılar. Evlənmək istədiklərini ancaq bunu soruşan tərəfin özləri olmağının lazım olduğunu ifadə edirlər. Ayrıca, evlilik təklifini əzəldən bəri kişilərin etdiyini və bunun da əllərindən alınmamağının lazım olduğunu düşünürlər. Onlara görə, qadınlar da təklif anının ləzzətindən məhrum olmamalı və səssizcə o anı gözləməlidirlər.