Nigahın bağlanma qaydası, şərtləri və mulkiyyet huquqlari

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 8 061
Səs ver:
(səs: 1)
Əvvəlcə diqqətinizə çatdırmaq istəyirəm ki, hal-hazırda Azərbaycanda nigah üçün dövlət rüsumu nə qədərdir? Azərbaycanda nikah bağlayan əksər bəy və gəlin bunun üçün tələb olunan dövlət rüsumunun gerçək məbləğindən, yəni neçə manat ödəməli olduqlarından xəbərsizdilər. Bu səbəbdən də Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı (VVADQ) şöbələrində nikaha girən cütlük dövlət rüsumundan bir neçə dəfə artıq pul ödəyirlər. Yəni bu məbləğ məbləğ 25 manatdan başlayaraq 100 manatadək dəyişir. Rayon yerlərində nikaha girən gənclərin xərci, paytaxtda yaşayanlara nisbətən az çıxır. Əgər Bakıda nikah şadlıq evlərində keçirilən toy mərasimi zamanı bağlanılırsa, VVADQ idarələrinin əməkdaşları daha çox pul alırlar. Amma hazırda VVADQ şöbələrində nikah bağlayan Azərbaycan vətəndaşları 5 manat 50 qəpik dövlət rüsumu ödəməlidirlər. Azərbaycan vətəndaşı ilə əcnəbinin nikaha girməsi üçün tələb olunan dövlət rüsumu isə 11 manat civarındadır. Bu qanunla belə olmalıdır! AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ MƏCƏLLƏSİ NİKAHIN BAĞLANMA QAYDASI VƏ ŞƏRTLƏRİ Maddə 9. Nikahın bağlanma qaydası 9.1. Nikah muvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gundən 1 ay sonra onların iştirakı ilə bağlanır. 9.2. Uzurlu səbəblər olduqda, nikahın bağlanma muddəti muvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan cox olmayan muddətə uzadıla bilər. 9.3. Xususi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gun bağlana bilər. 9.4. Ər-arvadın huquq və vəzifələri muvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dovlət qeydiyyatı gunundən yaranır. 9.5. Muvafiq icra hakimiyyəti orqanı nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər (onlardan biri) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər Maddə 10. Nikahın yaşı 10.1. Azərbaycan Respublikasında nikah yaşı kişilər ucun 18 yaş, qadınlar ucun 17 yaş muəyyən olunur. 10.2. Uzurlu səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına catmamış şəxslərin yaşadıqları ərazinin muvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən cox olmayaraq azaldılmasına icazə verə bilər. Maddə 11. Nikahın bağlanma şərtləri 11.1. Nikahın bağlanması ucun nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına catmaları zəruridir. 11.2. Bu Məcəllənin 12-ci maddəsində gostərilən hallarda nikah bağlana bilməz. Maddə 12. Nikahın bağlanmasına mane olan hallar 12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ogey (umumi ata və anası olan) qardaş və bacılar); 12.0.2. ovladlığa goturənlər və ovladlığa goturulənlər; 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. Maddə 13. Nikaha daxil olan şəxslərin tibbi muayinəsi 13.1. Nikaha daxil olan şəxslərin tibbi muayinəsi, habelə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri uzrə məsləhət verilməsi onların razılığı ilə yaşayış yerindəki dovlət və bələdiyyə tibb muəssisələrində pulsuz həyata kecirilir. 13.2. Nikaha daxil olan şəxslərin tibbi muayinəsinin nəticələri həkim sirridir. 13.3. Nikaha daxil olan şəxslərdən biri ozundə dəri-zohrəvi xəstəliyinin və insanın immuncatışmazlığı virusunun torətdiyi xəstəliyin (AIDS) olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə muraciət edə bilər
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 8 061
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri