Yaxşı oğlana ərə getmək üçün 8 məsləhət

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 5 517
Səs ver:
(səs: 2)
Hər qızın arzusu ağ atlı şahzadəsinə rast gəlməkdir. Yaxşı oğlana ərə getmək istəyirsinizsə, Qadinlar.Biz-in təqdim etdiyi 8 məsləhətə əməl etməlisiniz.

    Gözəl olmalısınız.
    Hər bir xanım öz gözəlliyini qiymətləndirməli və özünə dəyər verməlidir. Bütün kişilər gözəllik aşiqidir. Ona görə də gözəl olmaq çox vacibdir. Müasir dövrdə bu o qədər də çətin deyil. Estetik mərkəzlər, fitnes zalları burada sizə kömək ola bilər. Ən sadə halda isə ev şəraitində özünüzə qulluq etməlisiniz. Hamı gözəl olmaya bilər, ancaq baxımlı olmaq qadının borcudur.
    Hədsiz qayğıkeş olmamalı.
    Qadının hədsiz qayğıkeşliyi kişiləri bezdirir. Kişilər saatda 2 dəfə zəng edən xanımla çox darıxır. Ona görə bezdirici olmamağa çalışın.
    Özünüzü ağıllı göstərməyə çalışmayın.
    Kişi təbiəti qarşısında özündən ağıllı qadını qəbul etməyə imkan vermir. Üstəlik əgər bir şeyi bilmirsinizsə, bu ayıb deyil. Özünüzü ağıllı göstərməyə çalışmayın.
    Təbii davranın.
    Qadın ideal olmağa məcbur deyil. O, bütün kişilərin qəlbini fəth etməməlidir. Birini seçməli və onun üçün ən yaxşı olmalıdır. Hər kişi istəyir ki, onun seçdiyi özü olsun, təbii və səmimi olsun. Çünki özünü kiməsə bənzədib yamsılama bir müddət sonra aşkara çıxır. Bu isə heç də yaxşı nəticə vermir.
    Xanımlıq – ən vacib xüsusiyyətdir.
    Kişilərlə bərabərhüquqlu olmaq uğrunda mübarizə aparan qadınlar bunu qəbul etməlidir ki, qadın heç vaxt kişilər kimi olmayacaq. Kişi təbiətin güclü yaradılışıdır. Qadın isə incə və zərif yaradılışdır. Məhz kişiləri belə əsl xanım təbiətli qadınlar cəlb edir.
    Kişi ilə dost olmağa çalışmayın.
    Qadın ilə kişi arasında isti münasibətlər gələcəyə hesablanmış münasibətlərdir. Kişilər dostluqda sevgi ehtimalını nəzərə alırlar. Əgər belə bir ümid yoxdursa, dostluğa son verilir.
    Maraqlı olun.
    Kişilər daima müxtəlif tip qadınlarla ünsiyyətdə olur. Onları həmişə daha maraqlı, ünsiyyətcil, dünyagörüşlü qadınlar cəlb edir. Bunun üçü daim öz üzərinizdə işləməlisiniz. Bu xüsusiyyət nəinki kişi ilə münasibət, o cümlədən həyatda özünüzü doğrultmağa kömək edəcək.
    Güclü qadın olun.
    Kişi təbiəti qadını qorumaq, qayğısına qalmaq üçün formalaşmışdır. Lakin daima kişidən asılı qadın onları bezdirir. Çünki belə qadınla yaşamaq həqiqətən çox çətin gəlir onlara. Ona görə güclü qadın olun. Bu xarakterinizi yeri gəldikcə büruzə verin.

Bununla seviləcəyinizə əmin olun.
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 5 517
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri