Xoşbəxt bir əlaqə üçün bunları edin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 749
Səs ver:
(səs: 2)
Qarşınızda yeni bir əlaqə var və siz bu əlaqənin mükəmməl bir şəkildə başlayıb, elə davam etməsini istəyirsiniz. O zaman bunun üçün əlinizdən gələni etməyə hazır olun.

Sevgi, heyranlıq, şəfqət xoşbəxt və uzun ömürlü bir əlaqənin ən əhəmiyyətli elementlərinən biridir. Cütlüklər bir-birlərinə  duyduğu qarşılıqlı hörmət çərçivəsində xoşbəxt və uzun ömürlü əlaqəyə sahib ola bilərlər...

Gözəl və sağlam bir əlaqə üçün  sizə bir neçə məsləhət;

- Sizə həmişə hədiyyələr almasını, davamlı sizinlə maraqlanmasını gözləməyin. Siz yetkin bir qadınsız və həmişə maraq gözləməniz ona darıxdırıcı gələ bilər.

- Bir əlaqədə güzəştə getmək iki tərəfli olmalıdır. Həmişə  siz güzəştə gedirsizsə, bu vəziyyətdə bir səhv var deməkdir. Eyni vəziyyət qarşı tərəf üçün də keçərlidir. Unutmayın, sağlam bir əlaqə üçün qarşılıqlı fədakarlıq olmalıdır.

- Bir kişini dəyişmək çox çətindir. Ona görə də onu olduğu kimi qəbul edərək, bir-birinizə uyğunlaşmağa çalışın.

- Əlaqənizə həyəcan qatmaq istəyirsinizsə, onunla həyəcanı fərqli yerlərdə axtarın. Məsələn, fərqli məkanlarda edəcəyiniz kiçik eşqbazlıqlar aranızdakı sevgini gücləndirər.

- Hər şeyə tez hirslənməyin. Hadisələrin nə olduğunu öyrənin və yersiz çıxışlar etməyin. Hirsinizi nəzarət altında saxlamağı bacarın. Əks halda həm sağalmaz yaraların açılmasına səbəb olar, həm də gərəksiz qəlb qırarsız. Təbii ki, eyni şey onun üçün də keçərlidir. Sizə qarşı gözəl rəftar etməsini təmin edin.

- Boş vaxtlarınızda gözəl anlar,  romantik dəqiqələr keçirin. Bir-birinizə çox vaxt ayırmağa çalışın. Bu sizin əlaqənizi sağlam, uzun ömürlü edər.

- Onu xırda problemlərinizlə bezdirməyin. Həmişə  bir şeylərdən şikayət etməniz və ya narazılığınız onu sizdən yavaş yavaş uzaqlaşmasına səbəb olar. Əlaqənizi lazımsız problemlərlə qısaltmayın. Həyata qarşı enerjili olun və bunu ona da göstərin.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 4 749
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri