Xoşbəxt evliliyin kiçik sirləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 576
Səs ver:
(səs: 2)
Evlilik seçdiyimiz insanla sonsuzluğa uzanan bir səfərdir. Hər kəs ailə qurarkən xoşbəxt olacağını və ömrünü həmin şəxslə heç bir problem və ya münasibət baxımından çətinliklərlə rastlaşmayacağını zənn edər. Ancaq uzun ömürlü və xüsusilə də xoşbəxt evliliyin də özünəməxsus sirləri vardır. Bu xəbərim sayəsində hər birinizə xoşbəxt evliliyin sirlərini təqdim edirəm. Xoşbəxt evliliyin sirləri aşağıdakılardır.

Hörmət edin.
Nə qədər əsəbiləşsəniz də, canınız nə qədər yansa da, əsla aranızdakı hörmət sərhədlərini keçməyin. Unutmayın, hörmət evlilikləri ayaqda tutan ən əhəmiyyətli elementlərdəndir. Hörmət bitərsə, o evlilikdən xeyir gəlməz.

Yataqlar bir olsun.
Evliliklərində uzun illəri arxada qoymuş cütlərin ən əhəmiyyətli cəhətləri yataqlarını heç zaman ayırmamasıdır. Bu gün dalaşa bilərsiniz, küsə bilərsiniz, lakin yoldaşınızdan ayrı yataqda (divan və ya qoltuqda) yatmaq boşanmağa gedən yola ilk addımı atmaq deməkdir.

Kin saxlamayın.
Kin elə bir duyğudur ki, sahibini yeyər bitirər! Yoldaşınızın sizə söylədiyi sözləri hər dəfə təkrarlayıb qan qaraçılıq yaratmayın. Öz yaxşılığınızı istəyirsinizsə, pis xatirələri unudun.

Tərifləyin.
Tənqid edilməkdən, tənqiddən kimsə xoşlanmaz.Tərif eşitmək hər kəsin xoşuna gəlir. Yoldaşınızda görüb bəyəndiyiniz gözəl xasiyyətləri tərifləyin və onun kimi dəyərli bir həyat yoldaşına sahib olduğunuz üçün xoşbəxt olduğunuzu dilə gətirin.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 3 576
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri