Evlilikdə qısqanclıqla mübarizənin yollar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 948
Səs ver:
(səs: 1)
Qısqanclıq evli cütlüklər arasında ən böyük problemlərə səbəb olan vasitələrdən biridir. Həm qadınlar, həm də kişilər bəzən ifrat dərəcədə qısqanclıq göstərirlər və bunun sevginin əlaməti olduğunu deyirlər. Amma bu hec də belə olmur bəzən.
Qısqanclıq sevgi və eşqə deyil, sahiblənməyə dəlalət edən bir haldır. Əgər siz də həddindən artıq sahiblənmək hissi və qısqanclıqla necə mübarizə aparmağın yollarını öyrənmək istəyirsinizsə, tövsiyələrimizə əməl etməyiniz kifayətdir.

Müqayisədən əl çəkin.
Qarşınızdakı insan, ətrafınızdakılar, siz və hər kəs özünəməxsus xüsusiyyətləri olan insanlardır. Buna görə də həyat yoldaşınızı qısqanmağınıza səbəb olan müqayisələrə sahibsinizsə, özünüzü başqa insanlarla müqayisə edərək əsəbləşirsinizsə, bu zaman sizin həyat yoldaşınız üçün xüsusi, özəl olduğunuzu ağlınızdan çıxartmayın və unutmayın ki, heç kim sizin bənzəriniz deyil.

Özünüzü müşahidə edin.
Qısqanclıqla mübarizə yollarından biri də özünüzü müşahidə etməkdir. Hər qısqanclıq elədiyiniz zaman özünüzdəki dəyişiklikləri nəzərdən keçirin. İçinizdə baş qaldıran neqativ duyğu və hissləri, özünüzə və ətrafınıza verdiyiniz zərərləri gözdən keçirin və bunlardan dərs almağa çalışın. Boş yerə elədiyiniz qısqanclıqların həyat yoldaşınızla aranızdakı münasibətləri zədələdiyini və aranızdakı əsl problemlərin təməlində durduğunu unutmayın. Bütün bunları nəzərə alaraq qısa zamanda bu hərəkətlərinizdən əl çəkməyə çalışın.

Enerjinizi kiçik jestlər, sürprizlər etməyə sərf edin.
Sevginin daha çox sevgi, qısqanclığın isə daha çox kobudluq, problemlər və kədər yaratdığını heç vaxt yadınızdan çıxarmayın. İstər kişi olsun, istərsə də qadın hər kəsin özünə göstərilən münasibəti hər hansı bir şəkildə geri yansıtdığını bilməlisiniz. Buna görə də enerjinizi və vaxtınızı qısqanclıq etmək yerinə həyat yoldaşınıza kiçik jestlər etmək, sürprizlər hazırlamaq üçün sərf edin. Beləliklə, onunla daha gözəl və maraqlı anlar yaşamağınızı, birgə daha çox vaxt keçirməyinizi təmin etmiş olacaqsınız.

Sabahı daha az düşünün.
Sabahı daha az düşünməyə çalışın. Sadəcə bu günü düşünərək yaşamağın düzgün olmadığı qədər sadəcə sabahı düşünmək və pis hadisələrə özünüzü hazırlamaq da xoşbəxt ola biləcəyiniz bu günü qaçırmağınıza səbəb olacaqdır. Pis sabahları düşünərək özünüzü daha da çıxılmaz vəziyyətə salmaq yerinə anı yaşamağa və bu gününüzü yaxşı keçirtməyə çalışın.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 5 948
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri