Əgər
evlənib evlənməmək məsələsində qərarsız qalmısınızsa, ətrafınızdakı
evli dostlarınız ən müxtəlif yollarla sizə bunun necə gözəl hiss
olduğunu inandırmağa, öz həyatlarından (çox vaxt xəyallarındakı ailə
modelindən) nümunə gətirərək ailə həyatının müsbət tərəflərini sübut
etməyə çalışacaqlar. Xəbəriniz olsun ki, onların söylədiyi hər şey heç
də həqiqətdən xəbər vermir. Amma buna görə dostlarınızı yalançılıqda
günahlandırmaq lazım deyil. Evliliyin müsbət tərəfləri də çoxdur, lakin
bu o demək deyil ki, heç bir mənfi tərəfi yoxdur. Bu dəfəki məqaləmizdə
biz sizə elə həmin mənfi tərəflər barəsində danışmaq istəyirik.
"Xoşbəxt evlilik üçün sevgi kifayətdir”
Əgər
evlilikdə xoşbəxtlik axtarırsınızsa, xəbəriniz olsun ki, yalnız sevgi
ilə xoşbəxtlik olmur. Qarşınızdakı insanı nə qədər çox sevdiyinizi
bildirsəniz də, evlilik ilə birlikdə yaranacaq yeni problemləri və onun
bu problelərin öhdəsindən gələcək qədər güclü olub olmadığını əvvəlcədən
hesablamalısınız. Yəni evləndiyiniz insanın sizə qarşı olan sevgisi
bütün problelərinizi həll etmək üçün kifayət deyil. Bunun üçün həm də o
səbirli, dözümlü, anlayışlı olmalıdır
"Evlilik sevgini daha da gücləndirir”
Evlilikdə
doğru hesab edilən yalnışlardan biri də budur. Çünki evlilikdən sonra
tərəflərin bir-birinə və münasibətlərinə qarşı məsuliyyətləri artır.
Təəssüflər olsun ki, heç də hər kəs bu məsuliyyəti yaxşı dərk etmir və
nəticədə cütlüklərin bir çox problemləri yaranır. Qısacası, evlilik
sevgiyə mənfi yöndə də təsir göstərə bilir.
"Övlad sahibi olmaq bütün problemləri həll edir”
Evləndikdən
sonra müəyyən problemləri yaranan cütlüklər belə hesab edirlər ki,
övlad sahibi olmaq onların münasibətini qaydaya salacaq, tərəflərin
bir-birinə qarşı olan sevgisini artıracaq. Əslində isə körpə yalnız
xoşbəxt olan cütlüklərə müsbət təsir göstərir, onların bir-birinə qarşı
olan sevgisini daha da artırır. Münasibətləri yolunda getməyən cütlüklər
isə körpənin dünyaya gəlməsi isə çox qısa müddətli sevinc yaşayır, daha
sonra isə mübahisələrinə qaldıqları yerdən davam edirlər.
"Evlənməzdən əvvəl birlikdə yaşamaq”
Müasir
dövrdə bir çox cütlüklər evlənməzdən əvvəl bir-birinə öyrəşmək üçün
biryerdə yaşamağa başlayırlar. Amma müşahidələr göstəriri ki, bu üsul
heç də həmişə arzuolunan nəticəni vermir. Çünki birlikdə yaşayan
insanlar psixoloji olaraq evliliyin nə demək olduğunu anlamadıqları üçün
bu məsuliyyəti dərk etmir və çox qısa müddətdə yollarını ayırırlar.
"Evlilik qərarı alan insanların maraq dairələri eyni olmalıdır”
İnsanlar
arasında yayılan yalnış fikirlərdən biri də budur. Əslində isə ailə
həyatı qurmaq istəyən insanlar nə qədər fərqli dünyagörüşünə sahib
olsalar, bu onların evliliyinə bir o qədər müsbət təsir göstərir. Çünki
demək olar ki, bütün məşğuliyyətləri, maraqları eyni olan insanlar
bir-birindən daha tez sıxılırlar. Fərqli dünyagörüşünə sahib insanlar
isə hər keçən gün qarşı tərəfin sayəsində yeni biliklərə yiyələnirlər.
Buna
görə də xoşbəxt ailə həyatı qurmaq istəyirsinizsə, qarşı tərəfdə hər
şeydən əvvəl sevgi, sonra isə bir evliliyin ən xırda zərbədən
yıxılmaması üçün lazım olan keyfiyyətlər axtarın