Yaxın qohumlarla (bibi, dayı, xala emi uşaqlarıyla ) ailə qurmaq olarmı?

Müəllif: Efsuw2016
Şərhlər: 10
Baxılıb: 17 225
Səs ver:
(səs: 1)
Yaxın qohumlarla, xala, bibi, dayı, əmi uşaqları ilə ailə həyatı qurmaq nə Azərbaycan qanunlarına görə ziddir, nə də dinin bu mövzuda qoyduğu qadağa vardır. Sadəcə məsələyə geniş aspektdən baxarsaq, niyə insanlar yaxın qohumlarla ailə həyatı qurmağı seçirlər? Bəzi insanların yaxın qohumla əlaqə qurmağında birinci səbəb, evlilikdən əvvəl olan problemləri daha asan həll edə bilmələridir. İstər nişanlılıq dövründə, istərsə də digər mövzularda yaxın qohumlar bir-birini anlaya bilər. Cehiz vermə məsələsində, oğlanın evinin olub-olmamasında insanların fikrinə görə, yaxın qohumlar daha anlayışlı ola bilərlər. Bəzən gənclər fikirləşirlər ki, qohumdan qız alaramsa, artıq onun keçmişini axtarmağa ehtiyac yoxdur. Gözümün qabağında böyüyüb deyə anlayış mövcuddur. Digər bir məsələ isə, gəlin-qaynana münasibətlərində yaxın qohumların daha anlayışlı olacağı düşünülür. Qaynana evinə gələn yaxın qohumu ilə daha rahat anlaşa bilir, gəlin isə qaynanasına daha rahat şəkildə ana-ata gözü ilə baxa bilirlər. İnsanların düşüncəsinə görə, gələcəkdə baş verə biləcək problemlərin azalmasına, boşanmaların azalmasına səbəb ola bilər. Burada mən insanların yaxın qohumlarla nə üçün evlənmək istəklərinin səbəbini söylədim. Amma, evlənməyin prinsipləri mövzusunu izləyərkən, yaxın qohumlar olmadan belə, ailə həyatı quraraq gözəl nəticələr əldə etmək mümkündür. Yaxın qohumlarla ailə həyatı qurmaq məsələsi hal-hazırda dünyada xoş qarşılanmayan məsələdir. Bunun səbəbi isə, yaxın qohumlarla ailə qurmaq tibbi cəhətdən daha şikəst uşaqların doğulmasına səbəb olur. Çünki, qohum evlilikləri genetik cəhətdən xəstəliklərin artmasına səbəb olur. Yaxın qohumlarla qurulan evliliklərdə şikəst və yarımçıq doğulan uşaqların sayı qohum olmayan evliliklərdən doğulan uşaqlara nisbətdə 2 qat çox olur. Amma, ailə həyatı qurmaq hər kəsin müstəqil fikridir. İnsanlar istər yaxın qohumlarla, istər uzaq insanlarla ailə həyatı qura bilər. Amma, məsələnin tibbi, bioloji, iqtisadi, ictimai tərəflərini nəzərə almaqda fayda var.
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 17 225
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri