Evlilik üçün lazım olan ən mühüm meyarlar hansılardır?

Müəllif: Meleknur
Şərhlər: 4
Baxılıb: 1 942
Səs ver:
(səs: 1)
Evlilik – insanın həm maddi və həm də mənəvi ehtiyaclarını təmin edər. Ona görə də həyat yoldaşı seçən zaman həm dinin istəklərini və həm də bu dünyada yaşayış üçün uyğun meyarları nəzərə almaq lazımdır.

Dinimizin nəzərinə görə, evlilikdə əsil meyarlar bunlar olmalıdır:

1. İman. Bir nəfər İmam Həsənin (ə) yanına gəlir və qızını kimə ərə verəcəyi ilə bağlı nəsihət alır. İmam ona buyurur: “Onu təqvalı kişiyə ərə ver. Çünki əgər sənin qızını sevsə, onu əziz tutacaqdır. Əgər sevməsə, ona zülm etməyəcəkdir”.
2. Gözəl əxlaq. Hüseyn Bəşşar adlı bir nəfər İmam Rzaya (ə) məktub yazır ki, qızıma bir nəfər elçi düşmüşdür, ancaq əxlaqı pisdir. Nə edim? İmam (ə) cavabında buyurur: “Əgər əxlaqı pisdirsə, ona qız vermə”.
3. Ailə şərafəti. Həzrət Peyğəmbər (s) buyurur: “Layiqli ailə ilə evlənin, çünki nütfə və gen təsir qoyur”.
4. Ağıl. Əmirəl-möminin (ə) buyurur: “Axmaqla evlənməkdən çəkinin. Çünki onunla yaşamaq bəladır. Övladları da xarab olacaqdır”.

Dünyada yaşamaq meyarları:

1. Ruhunun və cisminin sağlam olması.
2. Simpatiya.
3. Təhsil.
4. Bir-birinə uyğun olmaq. (İslami saytlara istinadən)

Hər bir halda, həm dinin və həm də dünya istəklərini nəzərə alaraq, demək istəyirik ki, evlilikdə əsas mühüm amillər bunlar olmalıdır:

1. Din və iman.
2. Mədəniyyət və fikri uyğunluq. İmam Sadiq (ə) buyurur: “Arif qadın gərək arif kişinin yanında qərar tutsun, qeyrisinin deyil”.
3. Təhsil.
4. Bir-birini zahiri olaraq bəyənməkləri.
5. Yaş fərqinin çox olmaması.
6. Maddi cəhətdən bir-birinə uyğun olmaq.
7. Ailələlərin bir-birinə uyğun gəlməsi.
8. Psixoloji uyğunluq. Yəni, bəzi insanlar hisslərini gizlədəndirlər, bəziləri isə həmişə aşkar edəndirlər. Bu mövzuda dözümlü qədər uyğunluqlar olmalıdır.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 942
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri