Evlilik səhvləri

Müəllif: Ani Guseynova
Şərhlər: 5
Baxılıb: 2 554
Səs ver:
(səs: 1)
Çox təəssüf ki,bir çox adam evliliklərinin ilk illərində xəyal etdikləri ilə yaşadıqları arasında çox böyük fərqlilik olduğunu görərək böyük xəyal qırıqlığı yaşayır.İnsanların və həyatın davamlı dəyişdiyini nəzərə alıb bu dəyişikliklərə ayaq uydurmaq,həyatınızın hər dövründə sizi bir addım irəliyə aparacaq.
Evlilik haqqında səhv bildiklərimiz bunlardır:

1.Xoşbəxt bir evlilik üçün tək lazım olan şey sevgidir.Xoşbəxt və uzun bir evlilik üçün sevginin kafi olduğunu düşünmək ən böyük səhvlərdən biridir.Evliliyin davam etməsi üçün sevgidən daha çoxuna ehtiyac var.Səbr,düşüncəli olmaq,güzəştə getmək bunlardan yalnız bir neçəsidir.

2.Adətən evliliyin əlaqəni gücləndirməsinə inanılır.Evliliyin insanları yaxınlaşdırdığı doğrudur.nəticə olaraq birlikdə bir həyat sürmək üçün söz verirsiniz.Amma enerji sərf etmədən və qarşılıqlı olaraq fədakarlıq etmədən əlaqənizin güclənməsini gözləməyin.

3.Uyğun bir evlilik üçün cütlüyün eyni şeylərə marağı olmalıdır.Çox səhv bir inamdır!Hər insan fərqli xüsusiyyətlərə sahibdir və maraqlandıqları şeylər də təbii olaraq bir-birindən fərqli olacaq.Təbii ki yoldaşınızla paylaşdığınız bir neçə maraq sahəsi və ya həvəsinizin olmağı gözəldir,amma bunların olmaması da evlilyiniz üçün bir problem deyil.Fərqli şeylərə marağınızın olmasl,bir-birinizi tamamlamanıza köməkçi olacaq.

4.Cütlüklər evlənmədən əvvəl bir yerdə yaşasalar,həqiqətən çox xoşbəxt bir evlilikləri olar.İndiki vaxtda bir çox adam evlənməzdən əvvəl birlikdə yaşamağı seçir,amma bu evləndiklərində xoşbəxt bir evlilikləri olacağı mənasını verməz.Çünki xoşbəxt bir evlilik üçün çoxlu addım atmağınız lazımdır.

5.Uşaqlar evli cütlüklərin xoşbəxtliyini artırır.Bu çox məşhur bir inamdır,amma araşdırmalar xüsusilə ilk uşağın cütlüyü bir-birindən uzaqlaşdırdığını göstərir.Bunun səbəbi körpənin cütlərin həyatını dəyişdirməsindən ibarət olan stressdir.Təbii ki,bu bir qayda deyil.Körpə sahibi olub xoşbəxtliklərinə xoşbəxtlik qatan cütlüklər də vardır.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 554
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri