Gəlin-qaynana davası

Müəllif: Narın Yağış
Şərhlər: 7
Baxılıb: 4 565
Səs ver:
(səs: 0)
Ailə və uşaq təhsiliylə əlaqədar müxtəlif tədqiqat aparan Mərmərə Universitetinin müəllimi Məmməd Akıllı Aydın ailədaxili ünsiyyətdə gəlin-qaynana əlaqələrinin əhəmiyyətli bir yer tutduğunu qeyd edir. Bu ünsiyyətdə də ağla gələn ilk olaraq qarşıdurma və döyüşlər olduğunu vurğulayan Aydın "Bildiyimiz kimi gəlin-qaynana mübahisələri keçmişdə olduğu kimi, indiki vaxtda da problem olmağa davam edir. Gəlin-qaynana qarşıdurmaları mahnılara, lətifələrə, hekayələrə, filmlərə, zarafatlara, atalar sözü və deyimlərə, xüsusilə də dedi-qodulara mövzu olmuşdur" - deyə qeyd edir.
Evlilik qurumunu dərindən yaralayan, boşanmalara qədər gətirib çıxaran bu qarşıdurmaların səbəbini araşdırıldığını izah edən Prof. Dr. Aydın gəlin-qaynana arasındakı çəkişmələrin müəyyən səbəblərinin, küsəyənlik, şəxsiyyət fərqlilikləri, gəlin və qaynananın həddini aşması, başqasını idarə etmə istəyi, qısqanclıq, ruhi xəstəliklər, eqoizm, cahillik kimi səbəblər olduğunu ifadə edir.  "Təəssüf ki, gəlinin qaynanaya, qaynananın gəlinə qarşı hökmü və başqalarının sözüylə hərəkət etmək ailədə soz-söhbətə səbəb olur. Bu da kiçik bir anlaşılmazlığı mübahisəyə çevirir. Hələ ortada heç bir şey yoxkən, qaynana gəlini haqqında mənfi düşüncələrə sahib olur və onunla sanki düşmən kimi rəftar edir".
Cəmiyyətdə gəlin və qaynana deyəndə (bəzən istisnalar olur) ümumiyyətlə mübahisə, iqtidar və güc mübarizəsi ağla gəldiyini söyləyən Prof. Dr. Aydın "Eyni adamı, yəni oğulu və ərini sevən iki qadın adi səbəblərdən həyatı əvvəl özlərinə, sonra bütün ailə fərdlərinə zəhər edirlər. İnadlaşma ilə başlayan mübahisə və müzakirələr bir müddət sonra boşanmalara qədər gedə bilər" - deyə qeyd edir.

Gəlin-qaynana qarşıdurmasının bir səbəbinin də küsəyənlik olduğunu bildirən Prof. Dr. Aydın "Eyni sözü anasından eşidən gəlin, ya da eyni söz və ya davranışı oğlu və qızından görən qaynana eşitdiyi sözdən daha çox təsirlənir. Halbuki, hər iki tərəfin də eyni düşüncəylə, eyni anlayış içində olması bir çox mübahisələrə mane ola bilər" - dedi.
Cəmiyyətdə qaynananın gəlininə hökm etmək arzusu və buna qarşı gəlinin müstəqil olma istəyinin də gəlin-qaynana qarşıdurmasının əhəmiyyətli səbəblərindən biri olduğunu deyən Prof. Dr. Aydın "Qaynana, həm yaşının verdiyi təcrübədən, həm də oğlan anası olduğu üçün gəlinin məhz onun sözünü dinləməsini istəyir. Yeni evli gəlin isə müstəqil olmaq, istədiyi kimi yaşamaq, evində rahat olmağı arzulayır. Nəticədə, təbii olaraq bir-birinə qarşı soyuq davranış sərgilənir. Qaynananın oğlunu qısqanması və sanki gəlini özünə rəqib kimi görməsi də gəlin-qaynana qarşıdurmasına gətirib çıxarır. Bəzi qaynanalar evlənən oğlunu gəlininə verdiyini, illərcə əmək verib böyütdüyü övladından olduğunu zənn edir. Hər nə qədər gəlin-qaynana döyüşündə iki şəxs var kimi görünsə də, bu söz-söhbətdən təsirlənənlərin sayı bir xeyli çox olur. Hər şeydən əvvəl gəlin-qaynana anlaşılmazlıqlarının mərkəzində olan övlad-yoldaş mövqeyindəki kişi anası ilə həyat yoldaşı arasındakı davalardan təsirlənərək, iki insan arasında seçim etmək məcburiyyətində buraxılır. Davalar içində olan uşaqlar evin içərisində mehribanlıq və sevgi  duymaq əvəzinə, döyüşlərə şahid olurlar. Gəlin-qaynana qarşıdurmasından xilas olmaq üçün edilməsi lazım olan tək şey hər iki tərəfin bir-birinə qarşı anlayış və hörmət çərçivəsidə yaxınlaşmasıdır".

Gəlin və qaynanalara yaxşı dolanmaq üçün məsləhətlər

Gəlin hər şeydən əvvəl bir gün özünün də yaşlanacağını düşünməlidir. Özünə və öz anasına necə davranılmasını istəyirsə, həyat yoldaşının anasına da elə davranmağa cəhd göstərməlidir. Gəlin, qaynanasına qaynana gözüylə deyil, sevdiyi insanın anası olaraq baxmalıdır. Əgər qaynanasını məmnun etsə, yoldaşını da məmnun edəcəyini, incitsə yoldaşının da qəlbinə dəyəcəyini bilməlidir. Eyni şəkildə  yoldaşının qohumlarına qarşı yaxşı davranmalıdır. Yaşlı olan qaynananın gənclərə nisbətən daha səbirsiz, daha mühafizəkar ola biləcəyinə diqqət edən gəlin daha fədakar olmağa çalışmalıdır. Bu vaxt onun təcrübə və məlumatlarından faydalanmağa cəhd göstərməlidir. Arada kiçik problem olduğu zaman dərhal öz anasına çatdırmaq  yerinə əvvəlcə öz aralarında həll etməyə çalışmalıdırlar. Onun gülər üzündən, mehribanlığından faydalanmalıdır. Qaynanasına "ana" deməli, zaman-zaman qaynanasından məsləhət almalıdır, fikirini öyrənməlidir. Belə edərsə, həm onun təcrübəsindən faydalanar, həm də onu məmnun etmiş olar.
Qaynana hər şeydən əvvəl gəlnini bir yad və ya düşmən kimi görməməlidir. Qaynana gəlininə "qızım" deyərək qızı kimi davransa, gəlin də onu anası kimi görəcək və ona uyğun hərəkət edəcək. Qaynana böyüklüyünü bilməli, gəlinin naşılıq və gənclik səhvlərini böyütməməlidir. Xüsusilə də səhvlərini başqalarının yanında söyləyib gəlini xəcalətli etmək çox səhv bir hərəkətdir. İndiki vaxtda biz istəsək də, istəməsək də görüşlər, münasibət və adətlər sürətlə dəyişir. Bu səbəbdən, qaynana bəzi dəyişiklikləri qəbul etməli və tez-tez "Bizim zamanımızda belə deyildi" deyə inadlaşmamalıdır. Bəzi qaynanaların etdiyi kimi gəlini öz ailə və qohumlarından uzaqlaşdırmaq doğru deyil. Qaynana başqalarına öz gəlnini pisləməməli və başqalarının söz və dedi-qodularından təsirlənərək gəlininə əziyyət etməməlidir. Uşağın yanında anası əsla pislənməməli və hörmətdən salınmamalıdır. Cünki bu Allaha da xoş getməz...

Sonda isə hamıya sakit və mehriban həyat arzu edirəm!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 565
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri