Gəlinlərə və qaynanalara həll təklifləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 575
Səs ver:
(səs: 0)
Hörməti əsla əldən buraxmayın:
Xüsusilə gəlinlər bu mövzuda diqqətli olmalıdırlar. Evləndiyiniz adamın ailəsini sevmək məcburiyyətində deyilsiniz. Lakin hörmət göstərmək məcburiyyətindəsiniz. Əgər hörməti əldən buraxmaz və bu qaydaya görə davransanız, yaşadığınız problemlər çox böyüməyəcək və yenə hörmət sərhədləri içində həll ediləcək. Mən niyə hörmət göstərmək məcburiyyətindəyəm deyirsinizsə; bunu ağılınızdan çıxarmamalısınız: qayınana sizin yoldaşınızın anasıdır, yoldaşınızı sevirsinizsə və xoşbəxt bir ailə olma düşüncəsi içindəsinizsə bunları düşünməniz belə sizə hörmət mövzusunda motivasiya təmin edəcək. Ayrıca bunu da xatırlatmaq istəyirəm, yoldaşınızın ailəsiylə yaşadığınız bir problem, yoldaşınızla olan əlaqənizə mənfi bir şəkildə əks olunacaq.

Qarşı tərəfi anlamağa çalışın:
Məşhur bir mütəfəkkirin gözəl bir sözü vardır: "Əgər anlarsınızsa nifrət etməzsiniz." Əgər qarşı tərəfi anlamağa çalışar, davranışlarının arxasındakı səbəbləri tapa bilsəniz, qarşı tərəfi daha rahat anlayacaq və ola biləcək gərginlikləri önləyə bilərsiniz.

Problemləri yoldaşınızla həll edin:
Qaynananızla yaşadığınız problemləri birbaşa onunla danışmadan əvvəl, yoldaşınızla danışsanız çoxu problemi əvvəldən maneə törədə bilərsiniz.

Gəlinlərin uyğunlaşmasını asanlaşdırmaq qaynanaların əlində:
Qaynanalar bir zamanlar özlərinin də gəlin olduğunu və eyni yollardan keçdiyini hatırlarlarsa gəlinlərini qarşı daha anlayışlı və tolerant ola bilərlər.Xüsusilə evliliyin ilk başlarında, qaynanalar gəlinlərə qarşı asanlaşdırıcı olsalar, isti və səmimi davranırlarsa, gəlinlər də yoldaşlarının ailələrinə həm daha sürətli uyğunlaşma təmin edəcək, həm də isti və səmimi bir ünsiyyət quracaqlar
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 575
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri