Gəlin öz həyat yoldaşı ilə qaynanasını necə tənzimləməlidir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 744
Səs ver:
(səs: 0)
Gəlin öz qaynanası ilə yoldaşı arasındakı münasibəti bir bağ olaraq görməyə və bunu tənzimləməyə  çalışmalıdır. Gəlin yoldaşı ilə olan şəxsi söhbətləri qaynanaya deməyə bilər. Bu o demək deyil ki, gəlin qaynanadan hər şeyi gizlətməlidir. onlar öz aralarındakı söhbətləri gizli saxlama ixtiyarına sahibdirlər. Gəlin qaynana ilə yoldaşı arasındakı münasibəti ümumi olaraq tənzimləməlidir. Gəlin qaynananın yanında yoldaşına səsinin tonunun qaldırmamalıdır, mənfi emosiyalarını nümayiş etməməlidir. Çünki, gəlin qaynananın yanında yoldaşını aşağılayarsa, səsinin tonunu qaldırarsa, əmr edib göstərişlər verərsə, yerli-yersiz sözlər işlədərsə münasibətlər pozulacaq və bu zaman qaynana oğlunu müdafiəyə keçəcək. Bu zaman da gəlin qaynanasına onu düzgün başa düşmədiyini, elə demək istəmədiyini söyləyəcək və özünü müdafiə etməyə başlayacaq. Bu müdafiyə də inandırıcı olmayacaq. Ona görə də münasibətlər ilk başlarda düzgün tənzimlənməlidir. Eyni zamanda, qaynanasına da səsinin tonunu qaldırmamalı, qaynanası bir iş tapşırdıqda saymamazlıq etməməli, "vaxtım yoxdu, sonra edərəm, qaça-qaç deyil ki?" kimi yola vermə sözlər söyləməməlidir. Belə olan hallarda artıq yoldaşı anasını müdafiə etməyə başlayacaq. Bu müdaxilə isə gəlinin narahatçılığına və sarsılmağına səbəb olacaq. Aradakı münasibət ciddi hal almalıdır. Hər ailədə, nə olursa-olsun, gəlin nə qədər diqqətli, gərgin, problemli olsada, vacib şeyləri diqqətdən qaçırmamalıdır. Bundan başqa, gəlin ana ilə oğul arasındakı söhbətə müdaxilə etməməlidir. Bəzən gəlin gəlinliyini unudur, ana ilə oğul arasındakı söhbətə münasibət bildirməyə çalışır, onlar arasında olan xoş və ya incikliyi kənara, öz ailə üzvlərinə, valideynlərinə daşımalı olur. Bu isə ana ilə oğulun münasibətinin kənara çıxmasına səbəb olur və bəyənilməyən hərəkətdir. Bunun nəticəsində gəlin tənqid olunduqda ana ilə oğulun onun üzərinə düşdüyünü söyləyir. Əgər gəlin bu vəziyyət düşmək istəmirsə bu münasibətlərə düşünülmüş şəkildə müdaxilə etməlidir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 744
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri