Gəlin-qaynana qarşıdurması

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 309
Səs ver:
(səs: 1)
Yeni evliliklərdə ən böyük problemlərdən biri ailələrin bir-birinə uyğunlaşma göstərə bilməsidir. Nə də olsa o qədər il bir-birini tanımayan insanlar yeni birinin ailələrinə girməsi ilə birlikdə bir sıra çətinliklərlə qarşılaşacaq. Bu cür problemlərdə ən pis vəziyyət gəlin ilə qayınana arasında olandır. Çünki bu vəziyyətdə qarşıdurma həyat yoldaşına və digər ailə fərdlərinə təsir edəcək. Gəlin-qaynana qarşıdurmalarında bir çox səbəb ola bilər: qaynananın oğlunu paylaşmaq istəməməsi, gəlinini qəbul edə bilməməsi, xarakterinə uyğun olaraq basqın bir nüfuz qurma həvəsi. Lakin hər şərtdə ailədaxili nizamın davam etməsinin lazım olduğu unudulmamalıdır.

Oğul analarının evin nizamına, evliliyə və bir çox fərqli mövzuya daxil olmağa cəhdləri gəlinləri əsəbləşdirir. Lakin bu cür sürtüşmə ailə içərisində bir çox adama təsir edir. Xüsusilə bir tərəfin ana, digər tərəfin yoldaş olduğunu düşündüyümüz zaman kişi üçün vəziyyətin nə qədər çətin olduğunu anlaya bilərik.
Burada həm qadına, həm də kişiyə düşən fərqli məsuliyyətlər var. Gəlin ilə qaynana qarşıdurmasına səbəb ola biləcək bir çox amilləri əvvəldən görə bilmə şansına sahib olan kişi bir an əvvəl diqqətəçarpan bir xətt ilə evliliyini və ailəsini bir-birindən ayırmalıdır. Hörmət və inamın qarşılıqlı qorunması üçün həyat yoldaşı ilə anası arasında məsafəni düzgün qoymalıdır. Mübahisəyə girməmək üçün məsafəsini qorumalıdır. Hər şeyi böyüdüb, həyatı həm özü, həm də həyat yoldaşı üçün işgəncəyə çevirməməlidir.
Çox təəssüf ki, sevdiyimiz kişinin və ya qadının ailəsini seçmək kimi bir şansa sahib deyilik. Bizim gözümüzdə necə insanlar olursa-olsun, yoldaşımıza görə o kəslər ən qiymətli varlıqlardır. Bunu unutmamaq və buna görə davranmaq lazımdır. Yaşananların bir müddət sonra geridə qalacağı və lazım olan səmimiyyətin qurula biləcəyi unudulmamalıdır.
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 3 309
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri