Nə gəlin qaynananın süpürgəsidir, nə də ki, qaynana gəlinin düşməni

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 997
Səs ver:
(səs: 1)
Bu barədə çox filmlər çəkilib, çox əsərlər yazılıb. Yəqin ki, "Qaynana” filmini izləmisiniz. Bu filmimizi çox sevirəm. Allah, Nəsibə xanıma rəhmət eləsin, elə rol aparır ki, filmi sevməmək mümkün deyil. Ssenari də yaxşıdır.

Nə gəlin qaynananın süpürgəsidir, nə də ki, qaynana gəlinin düşməni! Bir-birlərinə ən yaxın, ən doğma olacaqları halda  bir-birinə ən uzaq olan kəslərə çevrilirlər. Ailə balaca bir dövlətdir. Əgər ailədə çaxnaşmalar baş verəsə bu zaman dövlət zəifləyər, çökər.
Kimsə qaynanası haqqında bəd danışırsa, onu  nahaq yerə pisləyirsə, ona qarğış edirsə, bu mənə çox pis təsir edir. Necə olur ki, həyat yoldaşıvı sevirsən, anasını isə gözün götürmür, anasının sizə gəlməsini, heç bərabər yaşamağı demirəm, siz də bir müddət qalmasını istməirsən?! Kim nə deyir desin, mən belə sevgiyə şübhə ilə yanaşıram.
Ola bilsin ki, qaynanan həqiqətən də acıdildir, sənin sevgivə layiq deyil, amma, heç olmasa yoldaşının xatirinə hörmət etməlisən. Ən azından susmalı və yoldaşına özün ilə onun anası arasında seçim buraxmamalısan. Belə olmamalıdır.

Hər kəs fərqlidir, belə də olmalıdır və belə yaxşıdır. Belə olan halda həyat maraqlı olur. Həyat gözəldir, yaşamağa dəyər. Və ailə çox dəyərlidir. Sizcə bu həyatı didişərək, vuruşaraq, bir-birimizi üzərək keçirməyə dəyərmi? Halbuki, bir yerdə necə xoş günlər yaşamaq olar.

Əsas məsələ budur ki, qaynanalar da gəlinlər də özlərini unudurlar. Qaynanalar unudur ki, özləri də gənc, gəlin olublar, özlərinin də bilmədikləri olub. Gəlinlər də başa düşmürlər ki, nə vaxtsa onlar da bir ana olacaqlar!

P.S. Yoldaşını həqiqətən sevən kəsin düşüncəsi: Səni Yaradan Allaha qurban olub, səni canında daşıyıb, dünyaya gətirən ananın qarşısında baş əyirəm!
Məncə belə olmalıdır. Amma, qaynananalar da bu sevginin qiymətini bilə.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 997
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri