Qaynana yoxsa gəlin?

Müəllif: emis
Şərhlər: 5
Baxılıb: 2 774
Səs ver:
(səs: 0)
Qaynana yoxsa gəlin? Kim haqlıdır? Əslində hər iki tərəf. Hərənin öz həqiqəti var.

Düşünürsünüz qaynana-gəlin konflikti yalnız Azərbaycandadır? Əsla!

Bütün dünyada iki qadının müxtəlif cür sevdikləri eyni kişi üzərində olan münaqişəsi var. Hətta qohumluq əlaqələrinin və temperamentlərin soyuq olduğu Qərb mədəniyyətində "terrorist qaynana” və "dikbaş gəlin” anlayışları var.

Qaynanalara praktiki məsləhətlər: - Həyatınızı asanlaşdırın. Sizə aidiyyatı olmayan məsələ və problemlərlə özünüzü yükləməyin. Olmayan yerdən nə özünüzə nə də başqalarına stress şəraiti yaratmayın.

- Etibarlı olun. Gənclərin öz problemlərini özlərinə həvalə edin. Sizin müdaxiləniz olmadan istənilən halda istənilən problem həllini tapacaqdır. Yox əgər həll özü və həllin yolları sizi qane etmirsə birinci punktu oxuyun.

- Hərə öz rolunu oynasın. Siz nənə olun, gəlin də ana. Gəlinin analıq vəzifələrini və qayğılarını öz boynunuza götürməyə ehtiyac yoxdur. Gəlin də ana instinktinə malikdir və körpəsini nə acından, nə soyuqdan öldürmək, nə də uşağını təhsilsiz böyütmək niyyətindədir. Nənə olmaq həyatınızda növbəti mərhələdir və özlüyündə necə də gözəldir!

- Hörmətli olun. Hörmət görmək üçün hörmət yerinizi qoruyun. Sizə hörmətsizlik ediləcək şərait yaratmayın. Bu xüsusən manipulyant qadınlara aid etmək olar. "Əgər belə olmasa (etməsəniz), mən də … edəcəm (küsəcəm, …)” yanaşmasını kənara qoyub özünüzü ağbirçək qismində aparın. Bunun yalnız və yalnız sizə müsbət təsiri olacaqdır, inanın.

- Reallıqla barışın. Əlbəttə bütün analar öz oğullarını evləndiyi qadından daha üstün olan birinə rəva bilirlər. "Real” gəlin ilə razılaşmaq asan iş deyil, axı "arzuların” gəlini hələ də beyninizdə sizə rahatlıq vermir. Yeganə çıxış yolu real gəlini qəbul edib, "arzuların” gəlinini elə arzularınızda da basdırıb məzarına qoymaqdır. Əlbəttə zövq və priotitetlər fərqlidir reallıq sizin deyil oğlunuzun seçimidir.

- Alçaltmayın. Oğlunuzun həyat yoldaşını və nəvələrininiz anasını istənilən cüzi formada alçaltmayın. Öz komplekslərinizin və uğursuzluqlarınızın acısını gəlini alçaltmaqla kompensasiya etməyin. Ən azından onun sizin keçmiş və cari problemlərinizdə heç bir günahı yoxdur.

- Fiziki məsafə saxlayın. Ayrı yaşamaq mümkündürsə ayrı yaşamaq üçün şərait yaradın. Yox əgər maddiyyat buna imkan vermirsə gənclərin şəxsi vaxt və şəxsi məkanına hörmətlə yanaşın.

Gəlinlərə praktiki məsləhət: - Sevin. Yoldaşınızı sevdiyinizə görə onun anasını da sevməyə çalışın. Övlad yetişdirmək asan iş deyil. Ən azından ərinizi layiqli şəkildə böyüdüb sizə "təhvil verən” qadını sevin, yoldaşınızın sevdiyi qadını sevin.

- Hörmətli olun. İstənilən ən pis halda belə hörmətli olun. Qəzəb və stress anında edilən hörmətsizliyə görə sonrakı peşmanlıq faydasızdır.

- Missiyanızı anlamağa çalışın. Yoldaşınızla evlənməyin əsas səbəbi xoşbəxt olmaq və xoşbəxt etməkdir. Bütün neqativləri kənara atın yalnız pozitiv daşıyıcısı olun. Ailə qurmağınızın səbəbi qaynana tərbiyəsi ilə məşğul olmaq və ya onun fikirlərini dəyişmək deyil. Qaynananızı olduğu kimi qəbul edin və yoldaşınızın razılığını qazana biləcəyiniz yolla davranın. Öz mövqeyinizi heç kimə, heç bir vasitə ilə sübut etməyə çalışmayın. Qərarınızı əməllərinizdə tətbiq edin.

- Prioritetlər qoyun. Sizin bütün məsələlərdə əsas prioritetiniz yoldaşınız və onun verdiyi (və ya sizinlə ortaq olduğu) qərarlar olmalıdır. Düzgün qoyulan prioritetlər və adekvat təyin olunan rollar gələcəkdə yaranacaq əksər münaqişələrin qarşısını ala bilər.

- Tənqid etməyin. Yoldaşınıza onun qohum və yaxınlarını tənqid etməyin. Heç kimin gözünü heç nəyə açmağa ehtiyac yoxdur. Sadəcə olaraq daha tədbirli olub, konfliktli məqamlardan yayınmağın yollarını təyin edin. Heç bir insan məxluquna anası, valideynləri qohumları, övladları, milliyəti və irqi haqqında mənfi fikir eşitmək xoş deyil.

- Emosional məsafə saxlayın. Ənənəvi dillə desək ortada olan "pərdəni” qoruqçusu olun. Yoldaşınızdan nə öz, nə də onun anasına şikayət etməyin. Qaynana rəfiqə deyil, qaynana yaxın qohumdur.

- Anlayışlı olun. "Mən yoxsa anan” kimi cəfəngiyyatla manipulyasiya etməyin. Çünki, cavabında mütləq "Əlbəttə ki, ANAM” eşidəcəksiniz. Özünüzü iki od arasında hiss edən ərinizin yerinə qoyun. Necədir? Heç yaxşı deyil.

- Müsbət təəssürat yaradın. Buna ən bariz nümunə qaynananıza gözlənilməz, təqvimdən kənar hədiyyələr edin, hətta səmimi olmasa belə xoş sözlərlə dolu açıqçalar yazın və s. Ümumiyyətlə qaynananızla yalnız pozitiv yenilikləri, xəbərləri bölüşün, ona maraqlı olan mövzularda danışın. Biz sözlə, sizinlə xoş təəssüratın yaranmasına can atın. Xəstəlik, yorğunluq və digər məişət problemlərini bölüşmək üçün qaynana düzgün seçim deyil.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 774
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri