Qaynana söz keçirmək istəyir

Müəllif: my_angel
Şərhlər: 8
Baxılıb: 3 797
Səs ver:
(səs: 1)
Cəmiyyətdə qaynananın gəlininə söz keçirmək arzusu və buna qarşı gəlinin müstəqil olma istəyinin gəlin-qayınana qarşıdurmasının əhəmiyyətli səbəblərindən biri olduğunu qələmə alan Prof. Dr. Aydın, "Qayınana, həm yaşının verdiyi təcrübədən həm də oğlan anası olmasından ötəri gəlininin öz sözünü dinləməsini istəməkdədir. Yeni evli gəlin isə müstəqil olmaq, istədiyi kimi yaşamaq, evində rahat olmağı arzulayır. Qadınlar.Biz xəbər verir ki, nəticədə təbii olaraq bir-birinə soyuq davranırlar" deyə danışdı.Qaynananın oğlunu qısqanması və sanki gəlini özünə rəqib kimi görməsinin də gəlin-qayınana qarşıdurmasına gətirib çıxardığını dilə gətirən Prof. Dr. Aydın, "bəzi qaynanaların evlənən oğlunu gəlinin əlinə verdiyini, illərcə əmək verib böyütdüyü övladını əlindən qaçırdığını zənn etdiklərini" ifadə etdi.Hər nə qədər gəlin-qayınana problemlərində iki adam var kimi görünsə də bu mənfi cədvəldən təsirlənənlər sayının bir xeyli çox olduğunu bildirən Prof. Dr. Aydın,"Hər şeydən əvvəl gəlin-qayınana anlaşmazlıqlarının mərkəzində olan övlad / yoldaş mövqesindəki kişi, anası və həyat yoldaşı arasındakı səbəblərdən mənfi təsirlənir, iki adam arasında bir seçim etmək məcburiyyətində saxlanılır. Şəxsiyyətlərinin tam meydana gəlmə mərhələsində olan uşaq, evin içərisində mənfi cədvəllərlə qarşılaşmaqdadır, ən çox ehtiyac duyduqları anda sevgi yerinə döyüşlərə şahid olurlar" dedi.Gəlin-qaynana qarşıdurmasından xilas olmaq üçün edilməsi lazım olan tək şeyin hər iki tərəfin bir-birlərinə qarşı anlayış və hörmət çərçivəsi içərisində yaxınlaşması, yəni empati etməsi olduğunu bildirən Prof. Dr. Aydın, problem çıxarmaq yerinə bir-birini anlamaq lazım olduğunu" söylədi.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 3 797
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri