Gəlin-qaynana problemləri necə həll oluna bilər?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 849
Səs ver:
(səs: 3)
Gəlinlə qaynana münasibətləri evlilikdə ən çox problem yaradan nöqtələrdən biridir. Evlilik əslində cütlüklərin bir-birinin ailələriylə də evlənməsi anlamına gəlir. Evlilik məsələsində ənənəvi bir quruluşa sahib olan Azərbaycanda əksər evliliklərdə gəlin-qaynana problemləri yaşanır. Gəlin-qaynana münasibətlərində qaynanaların gəlinlərdən müəyyən gözləntiləri olur. Burada bəzən mənfi niyyət olmasa da, mərkəzində qaynananın da bir zamanlar gəlin olması həqiqəti vardır. Problemin mərkəzində xarakter də önəmli bir faktordur. Bəs bütün qaynanalar belədirmi? Xeyr.
Aparılan elmi araşdırmalara əsasən analar oğlan övladlarına 0-6 yaşlarında verməli olduqları məsuliyyətləri vermək yerinə özləri məsuliyyəti üzərinə götürərək, "asılılığı olan” kişilərin ortaya çıxmasına səbəb olur. Evliliyin məsuliyyəti və oğlan uşağının anaya bağlı olması gəlin-qaynana münasibətlərini də müəyyən edir.

Bir şəxsin həyat yoldaşı ilə anası arasında problem varsa, bu hala müuuml;daxilə etməsi lazımdır. Ancaq xüsusilə problem anadan qaynaqlanırsa və oğlu da anadan "asılı”dırsa, təəssüflər olsun ki, problemi görməz və həyat yoldaşına "Mənim anam bir mələkdir, sən məsələni şişirdirsən” deyə bilər. Əgər analar oğullarına qarşı çox tələbkardırsa, atalar passiv rola sahibdirsə, oğlan övladı da sağlam ata modeli görə bilməyəcəkdir. Belə böyüyən bir kişi gələcəkdə anası həyat yoldaşını narahat edərsə, "Anamdır, edə bilər” düşüncəsi ilə hərəkət edəcəkdir. Çünki atası da keçmişdə səssiz qalmışdır.
Ana və həyat yoldaşının arasındakı münasibətə istiqamət verən əsas şəxs həyat yoldaşıdır. Çünki münasibətdə hər iki tərəfi də tanıyan biri olaraq kişi körpü vəzifəsi görür.

Problemlərdən çıxış yolu tapmaq isə hər zaman olmasa da, adətən sizin əlinizdədir. Çalışın ki, aşağıda sadaladığımız məqamlara diqqət edəsiniz:

- Hələ tanışlıq və nişan dönəmində ailənin içinə çox daxil olmamağa çalışın. Ailə ilə tanışlıq xaricində münasibətinizi ikilikdə yaşayın.

- Narahat olduğunuz bir halı hörmət çərçivəsində ifadə edin. Susmaq heç bir zaman həll yolu deyildir.

- Qaynananızla yaşadığınız bir problemi həyat yoldaşınıza xəbərləmək yerinə çalışın ki, qaynananızla həll edə biləsiniz.

- İndiyədək qaynanalar haqqında deyilmiş bütün mənfi sözlərə qulağınızı yumun və ürəyinizin səsini dinləyin.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 2 849
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri