Necə biz anamızın gözdəsi, isək həyat yoldaşımızın anası da eyni şeyləri
öz oğulları üçün hiss edərlər.Bu duyğu bir az şişirdilməyə
başlandığında gəlin-qayınana qarşıdurması yavaş- yavaş özünü göstərməyə
başlayır. Təbii ki, bu vəziyyət hər zaman belə olmaz. Bəzi qaynanalar
vardır gəlinləri üçün yeməklər edər, hədiyyələr alar, aldığı qərarları
sonuna qədər dəstəkləyər, qızlarından ayırd etməzlər. Bəziləri də
gəlinləri nə etsə etsin səhv olduğunu, doğru düzgün uşaq baxmadıqlarını,
yemək edə bilmədiklərini, yoldaşlarına lazım olan diqqəti göstərə
bilmədiklərini düşünür və oğullarına da bu şəkildə təsir etməyə
çalışırlar.
Gün keçdikcə "uşaqlaşan" yaşlı insanları dəyişdirmək bir
də mümkün olmadığı üçün bizim onlarla yaxşı davranmağı öyrənməli və
həyatlarımızı alt-üst etmələrinə icazə verməməmiz lazımdır.