Gəlin və qaynana üçün yola getmək tövsiyələri

Müəllif: my_angel
Şərhlər: 6
Baxılıb: 4 979
Səs ver:
(səs: 3)
Gəlinin hər şeydən əvvəl bir gün özünün də yaşlanacağını düşünməsi lazım olduğunu ifadə edən Prof. Dr. Aydın, sözlərini belə davam etdirdi: "Özünə və öz anasına necə davranılmasını istəyirsə yoldaşının anasına də elə davranmağa səy göstərməlidir. Gəlin, qaynanasına qaynana gözüylə deyil, sevdiyi həyat yoldaşının anası olaraq baxmalıdır. Əgər qaynanasını məmnun etsə yoldaşını da məmnun edəcəyini, üzərsə də yoldaşını üzəcəyini bilməlidir. Eyni şəkildə yoldaşının qohumlarına qarşı yaxşı davranmalıdır. Yaşlı olan qaynananın, gənclərə görə daha səbirsiz, daha mühafizəkar ola biləcəyini nəzərə alan gəlin daha fədakar olmağa çalışmalıdır. Bu arada onun təcrübə və məlumatlarından istifadə etməlidir. Arada kiçik problem olduğunda dərhal öz anasına köçürmək yerinə əvvəlcə öz arasında həll etməyə çalışmalıdır. Gəlin şirin dil, gülər üzün gücündən yararlanmalı, qaynanasına 'ana' deməli zaman zaman onu təqdir etməlidir. Zaman zaman qaynanasının fikirini soruşursa, həm onun təcrübəsindən faydalanır, həm də onu məmnun etmiş olur. "Qaynanalara da gəlinləriylə yola getmək üçün tövsiyələri olan Prof. Dr. Aydın, bunları qeyd etdi: "Qaynana hər şeydən əvvəl gəlinini bir xarici və bir düşmən kimi görməməlidir. Qaynana, gəlininə `qızım` deyər və qızı kimi davransa, gəlin də onu anası kimi görəcək və ona görə hərəkət edəcək. Qaynana böyüklüyünü bilməli, gəlinin naşılıq və gənclik səhvlərini büyütməməlidir. Xüsusilə də səhvlərini başqalarının yanında söyləyib gəlini xəcalətli etmək çox səhvdir. İndiki vaxtda biz istəsək də, istəməsək də görüşlər, anlayışlar, adətlər sürətlə dəyişməkdədir. Bu səbəblə, qaynana bəzi dəyişiklikləri qəbul etməlidir və tez-tez "bizim zamanımızda belə deyildi" deyə inadlaşmamalıdır. Bəzi qaynanaların etdiyi kimi gəlini öz ailə və qohumlarından uzaqlaşdırmaq doğru deyil. Qaynana başqalarına öz gəlinini pisləməməli və başqalarının söz və dedi-qodularından təsirlənərək gəlininə əziyyət etməməlidir. Uşağın yanında anasını əsla pisləməməli və kiçik düşürülməməlidir. "
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 4 979
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri