Salehə qaynana

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 302
Səs ver:
(səs: 1)
Dünyadakı ən böyük xoşbəxtliklərdən biri də övlad sahibi olmaqdır. Cənabı Haqqın verdiyi mərhəmət, şəfqət duyğuları ilə öpülən, qucaqlanan, oxşanaraq böyüdülən uşaqlar bir gün evlilik yaşlarına çatırlar. Övladının o zamana qədər bütün ehtiyaclarını zövqlə, çox şeyləri fəda edərək qarşılayan ana-ata uşağına münasib həyat yoldaşı axtarmaq, evini qurmaq kimi həyati önəm daşıyan məsələsində də sevinclə, məmnuniyyətlə övladının yanında olurlar.

Zamanla əldə olunan bilgi və qazanılan təcrübələrlə övladına uyğun gəlin seçməkdə də ana-ata ona dəstək olur. Xeyirli olanı övladına tövsiyə edir. Kiçik yaşlarından qərarlarını özü verməyə alışdırılan uşaq evlilikdə də qərarını özü verməlidir. Evlənəcək qəlblər buna razı və istəkli olmalıdır. Yuvanın səadəti üçün bu gərəklidir. Nəticə etibarı ilə qəlblərdən keçən niyyət və fikirləri bilən Allah Təalanın təqdir etdiyi qıza elçi gedilər.

Gəlin, oğlunun yoldaşıdır, onun bir parçasıdır. Ailənin yeni bir üzvüdür. Bir övlad iki olub, sevgi çevrəsi daha da böyümüşdür. Yaradanın verdiyi şəfqət duyğusunu yaxınlarına göstərmək nə gözəldir... Bütün gözəllikləri biz insanlara ikram edərək, bunlarla xoşbəxt edən Cənabı Haqq bir-birimizi də sevərək, sayaraq xoşbəxt etməyimizi istəyir.

Analar gəlinlərini övladlarını sevərcəsinə sevməlidir. Yunus Əmrənin dediyi kimi, “Sevək, sevilək! Bu dünya kimsəyə qalmaz”.

Salehə qaynana təcrübəsi ilə doğru və xoşbəxt yaşama bilgilərinə sahibdir. Gəlinini sevər və ona övladı kimi davranmalı olduğunu özünə təlqin edər. Qüsurlar axtaran, qeybətini edən deyil, qüsurları örtən və mülayimliklə öyrədəndir. Bir çətinliklə qarşılaşdığı zaman tövhid bilgisi ilə bu sıxıntıdan bizi yoxdan var edən Allah Təalanın qurtaracağı bilgisi ilə, ixlasla Rəbbinə yalvarar. Problemi həll etməyə çalışar. Yaxşılıqla qarşılaşdığı zaman da bunların Allah Təalanın lütfü olduğunu bilib, sonsuz şükürlər edər. Şükür təşəkkürün ifadəsidir. Qəlb bu şükür hissini duyar. Salehə xanım bilir ki, “Şükür neməti artırır”.

Cəmiyyətdəki qaynana-gəlinlərə diqqət yetirdikdə bir sıra problemin yaşandığının şahidi oluruq: üzünə qarşı incidici sözlər, qeybətlər, küskünlüklər və hətta yuvanın dağılmasına səbəb olan davalar...
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 302
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri