Problemləri qaynana tərəfdən təhlil etsək bu xüsuslarla qarşılaşacağıq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 063
Səs ver:
(səs: 1)
1. Pis fikirli olmaq. Düşüncələrə yerləşən “yad qızı”dan övlad olmayacağı fikri sevgilərin və xoşbəxt dünyanın önünə böyük bir divar çəkər. Gəlin artıq yad qızı deyil, evin qızı olmaq üçün gəlmişdir. Öz övladlarının belə ana-ataya münasibətlərinin, davranışlarının fərqliliyi göstərir ki, gəlinin hələ yersiz hərəkətini görmədən “Yad qızı” deyib uzaqlaşdırmaq insaflı bir hərəkət deyil. Edilməsi lazım olan budur: “Bəli, yad qızıdır, amma mənim evimə gəlib, oğlumun yoldaşı olub, bu qıza şəfqət qanadlarımı açaraq, bağrıma basmalıyam. Ta ki, evimizdə sevgi görsün, hüzur tapsın, ona sevən bir ananın olduğunu bilsin”. Qaynana, öz gəlinlik günlərini də xatırlayıb evlənən gənc qızın yuvasından yeni uçan quş kimi həssas olduğunu düşünərək onu rahatlatmağa çalışmalıdır.

2. Qəbul etməmək: Qaynananın gözündə mənfi kimi görünən xüsusiyyətlər səbəbi ilə gəlinini sevməməsi, qəbul etmək istəməməsi problemi yaradan səbəblərdəndir. Gəlinin xüsusiyyətləri, Quran hökümlərinə uyğundursa bütün hərəkətləri xoş qarşılanmalıdır. Oturuşu, duruşu, bacarıqlı və bacarıqsız olması, cəld ya yavaş iş görməsi, onun qəbahəti deyildir. Yaradan o insanı elə yaratmışdır. Xoşa gəlməyən zaman dərhal Yaradanı xatırlamaq lazımdır. Yaradandan ötrü yaradılan sevilməlidir. Sözsüz ki, gəlin də özünü, hərəkətini bilməli, yanlışlarını düzəltməyə çalışmalıdır. Onunla yaşayan qaynana da bu xüsusiyyətlərin övladında da olduğunu fərz etməlidir. Çünki övladlarda da bu və digər şəkildə zəyifliklər ola bilər. Bir deyil, daha çox qüsuru olan övladlar da çox sevilir. Bu qüsurları aradan qaldırmaq üçün dualar edilir və çıxış yolları axtarılır. Gəlində də eyni metod tətbiq edilməlidir. Gəlinim, qızım, övladım deyilərək bağrına basılmalı, onun problemlərinə, sıxıntısına şərik olmalıdır. Qaynana-gəlin bütünlüyü təmin edilməlidir. Qurani-Kərim və hədisi-şəriflər oxuyub əzbərləmək üçün deyil, yaşayışımız, həyatımız və xoşbəxt olmağımız üçündür. Aləmlərin Rəbbi belə buyurur: “Bir-birinizlə çəkişməyin, yoxsa zəyifləyərsiniz və qüvvətiniz gedər”.

3. Müqayisə etmək: Övladların, gəlinlərin, qudaların, nənə və babaların müqayisəsi çox edilən yanlış davranışlardır. İnsan bununla heç bir şey qazanmaz, amma çox şey itirər. Heç kim başqa birinə bənzəmək məcburiyyətində deyil. Ancaq hər bir insan Rəbbinin qarşısında məsuliyyətli olmalıdır. Rəbbinin istədiyi kimi bir qul olmaq hər insan üçün lazım olan prinsipdir. Müqayisə olunmaqdansa hər insan olduğu kimi dəyərləndirilməli və gözəl xüsusiyyətləri görülməlidir. Əsərin müəllifi də xatırlanaraq: “Toyuq gözəldir, yoxsa xoruz? Tovuz quşu gözəldir, yoxsa bülbül?” demək mənasızdır. Hər biri ayrı-ayrı gözəldir, hər biri böyük qüdrət sahibi Allah Təalanın əsəridir. Əsas olan bu bilgini idrak etməkdir.

Gəlindən bacardığından daha artığını gözləmək düzgün deyil. Gəlinin qeybətini etmək, gəlinini sevmədiyini başqasına söyləyirlər ki, bu mövzudakı hədisi-şərifi xatırlamaq yerinə düşər:

“Bir kimsə, Allahın sevdiyi sözü söyləyib bununla Allahın rizasını qazana biləcəyini düşünməz, habuki Allah Təala bu xeyirli söz səbəbi ilə qiyamətə qədər o kimsədən razı olar”.

“Bir adam da var ki, Allahın qəzəbinə səbəb olan bir söz söylər, bundan xəbəri belə olmaz, halbuki Allah Təala, o kimsəyə bu pis söz səbəbi ilə qiyamətə qədər qəzəbli olar”. Bu dillər gözəl söz söyləməli, dilimizin bizi fəlakətə sürükləməsinə izin verməməliyik.

Gəlinin xətalarını düzəltmək üçün istişarə (məsləhətləşmə) edilə bilər, ancaq bu hər kəslə olmamalıdır. Niyyəti bilən Allahdır. Qiybətdən mütləq qaçınılmalıdır. Dinləyənlər də buna şərik olarlar. Möminlər bir-birilərini günahdan çəkindirməlidirlər.

Gəlinin ailəsinə hörmətsizlik və təhqir etmək çox yanlış bir hərəkətdir. Varsa yaxşılıqlar, xeyirlər söylənməli, yoxdursa sükut edilməlidir.

Övladına daim xeyri və haqqı tövsiyə edərək həyatını yönləndirən ana-ata evləndikdən sonra bu tövsiyələri qismən davam etdirir. Ana-ata xüsusilə halal və haramlara diqqət yetirilməsini təlqin etməlidir. Ancaq günlük həyatlarına, zövqlərinə aid nə isə demək yersiz ola bilər.

Gəlin, “gəlin” gözüylə deyil, “övlad” gözüylə dəyərləndirilməlidir. “Gəlin işinə qarışmağımı istəmir” şəklində sui-zənn yerinə, “Onlar yetkin insanlardır, öz başlarını idarə edə biləcək səviyyədədirlər. Gördükləri hər işdə bir az daha təcrübə qazanacaqlar” deyərək, sərbəst yaşamalarına fürsət verilməlidir. Salehə qaynana yaxşı bir qul olmağa çalışmalı, doğru sözlü, bütün yaşantısı ilə örnək bir ana olmalıdır. Gəlini ilə gözəl münasibət quran, daim sevgi və hörmət göstərərək, problemləri xoşluqla həll edənlər əsl analardır.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 063
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri