Gəlin qaynana münasibəti

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 2355
Səs ver:
(səs: 0)
Hər nə qədər möhtəşəm olsanız da, yoldaşınızın anasının sizə bir canavar kimi davranma ehtimalı vardır. Kişi anaları, oğullarının həyatında hər vaxt üçün ən təsirli adam olma ünvanını itirməkdən qorxduqları üçün bu şəkildə davranarlar. Bu səbəblə sizə qarşı tənqidi, idarəli, maraqlı və ya təcavüzkar tutumlar içinə girmiç ola bilər. Özünüzü baş ağrılarından qorumaq üçün tanış olmanızdan etibarən strateji davranmalısınız.

Qorxaq olmayın

Bəzi qadınlar məcburedici bir ananın təsdiqini almaq üçün hər şeyə dözməyi gözə ala bilirlər. Ancaq bu vəziyyət sizi boyun əyən bir mövqeyə salar və anası hər an sizdən faydalanmaq istəyə bilər. Belə başlayan əlaqələrdə daha sonra müdafiə etmə vəziyyətinə keçməniz olduqca çətin olar. Bu səbəblə həm şəxsiyyətli davranmalı, həm də hörmətdə qüsur etməməlisiniz.

Sevgilinizin anasına qarşı açıq olun. Məsələn: deyək ki yoldaşınızla birlikdə yaşayırsınız və anası son dəqiqədə sizi ziyarət edəcəyini söyləyir. Bu da təbii bütün planlarınızın məhv olması mənasını verir. Ona şirin amma qərarlı bir şəkildə "Bu həftə sonu uyğun deyilik amma önümüzdəki həftə üçün proqram edə bilərik" deyə bilərsiniz.

Yemi udmayın

Gələcək qayınananız: sizi başdan aşağı süzdükdən sonra, "Bu paltar sənə bir az darmı?" deyə bilər. Çox darıxdırıcı bir vəziyyət olduğunun fərqindəyik. Ancaq sevgilinizin anası sizə mənfi bir şey söylədiyində cavab verməkdən qaçın. Yerinə, çox soyuqqanlı bir şəkildə, "Bəli amma çox xoş dayanır. Yolda tıxac idimi ?" deyərək mövzunu dəyişdirə bilərsiniz. Onun bu şərhinə cavab vermədiyinizdə özünü sanki divara çarpmış kimi hiss edəcəyini fərq edəcəksiniz. Ayrıca siz də onu hirsləndirəcək bir şey söyləmədiyiniz üçün mühitdəki gərginlik özbaşına əriyib gedəcək.

Mütəxəssislər bu vəziyyətdə böyüklük etmənizi tövsiyə edir. Davranışınız yaxşı bir nümunə meydana gətirəcək və onun da bərabər dərəcə də və mehriban olmasının yolunu açacaq. Unutmayın, sizi hirsləndirməyə işinin səbəbi pis bir insan olması deyil, güc yarışı içində olması (ümid edirik!). Nəticə olaraq ikinizin ortaq bir istiqaməti var, onun oğlunu sevirsiniz və ikiniz də onun üçün ən yaxşısını istəyirsiniz.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2355
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri