Gəlinləri məhv edən qaynanalar

Müəllif: Narın Yağış
Şərhlər: 2
Baxılıb: 3 746
Səs ver:
(səs: 1)
Bu sosial hadisə tarixən ən drammatik olanı hesab olunur. Gəlin-Qaynana münasibətləri kimi mürəkkəbi olmayıb bizim Azərbaycan cəmiyyətində. Adətən şəhərdə böyüyən insanlar bunların əksərən elə də çox şahidi olmur. Bina evində olursan. Bağlı qapılar arasında qalan hadisələr çox adama bilinmir. Mən isə bu cür hadisələrin çox şahidi olmuşam. Bakı ətrafı kəndlərdə yaşadığımdan belə davalar günümüzün adi bir hissəsinə çevrilmişdi.

Bu dəfə davalar haqqında danışmayacam. Çünki bunu onsuz da hamı bilir. Amma bu dava konteksində yaranan problemlər çox insanların həyatını məhv edib. Səbəbini soruşsanız sizə olmuş bir həyat hekayəsini demək istərdim. Yaxın tanışlarımın biri adi Bakı kəndlərinin sakini kimi ümumi həyətə gəlin köçüb. Ümumi həyəti qısa şəkildə təsvir etmək istərdim. Burada həmin gəlinin qaynanası, qayınları, onların yoldaşları və uşaqları yaşayır. Bir sözlə əsl "mannı-kaşa". Gəlin gəldiyi ilk günlərdən bütün ailənin yaşadığı həyətdə bütün qayğılarla əhatə olunmuş, daim problemlərlə rastlaşmışdır. Bunun da üzərinə qaynananın dəxlisiz münasibəti həmin gəlinin stresini daha da artırmışdır. Heç 40 yaşı olmayan həmin gəlinin bu yaxınlarda yaşadığı müddət ərzində keçirdiyi stres nəticəsində sağalmaz xəstəlik olan Parkinsona tutulmuşdur. Xəstəlik haqqında ətraflı məlumat verib sizi qıcıqlandırmaq, həyatdan küsdürmək niyyətində deyiləm. Sadəcə Google-da axtarışa verməniz kifayətdir ki, necə bir ağır və sağalmaz bir bəla olduğunu müşahidə edəsiniz. Hətta müalicəsi də yoxdur.

Həmin gənc qadının həyatı daim stres və problem içində olmuşdur. Səbəb kimi isə hamının ailə ilə birlikdə yaşamalıdır kimi axmaq adətimiz üzündən. İnsanları, xüsusən də gəncləri sərbəst buraxmaq lazımdır. Gənclər sərbəst şəkildə öz ailə həyatlarını yaşasınlar. Xüsusən bu halda qaynanaları yaxın buraxmaq olmaz. Nə qədər ayrı yaşasalar bir-birilərini daha çox sevəcəklər. Mən ailə dəyərlərini aşağılamaq niyyətində deyiləm. Amma gənclərə nəfəs aldırmaq daha vacibdir.

P.S. Bu yazını yazarkən kənddə digər gənc bir ailə haqqında xəbər eşitdim. Belə ki, onlarda da təzə gəlin həyətdə yaşayan ailə üzvləri ilə birgə yaşayışda problemi var. Artıq həmin gənc qadında da müəyyən problemlər var. Əsəbləri pozulub, tez-tez ürək dərmanları qəbul edir bu gənc yaşında. Nədir bu insanların çəkdiyi bu zülm. Bitirin bu komediyanı. Sərbəst seçimə üstünlük verin. Şəxsən öz nümunəmdən deyə bilərəm ki, gələcəkdə evlənəcəyim təqdirdə heç zaman ailə ilə birlikdə yaşamayacağam. Həm də bu problem yaradır. Qarşılıqlı hörmətə mane olur. Ayrı yaşandıqda isə insanlar bir-birilərini daha çox sevirlər. Elə bil bir-birilərinin evinə qonaq gedirlər. Bax bu qədər sadədir məsələ.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 746
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri