8 qaynana tipi

Müəllif: Efsuw2016
Şərhlər: 6
Baxılıb: 5 443
Səs ver:
(səs: 1)
Qayınanaların 8 tipi
Əslində qayınananı günahlandırmaq və dalınca danışmaq əvəzinə gəlinlər onları başa düşməyə, tanımağa çalışsalar, həyatları daha rahat olardı. Psixoloqun dediyinə görə, qayınanaların 8 tipi var və gəlinlərin bu haqda bilməsi münasibətlərdə harmoniyanın yaranmasına müsbət təsir edəcək.

Şikayətçi qayınana. Gəlin hər nə etsə də, qayınana narazı olur, gəlinin hər hərəkətinə görə şikayətlənir.

İdarə edən qayınana. O, ailəsində bütün problemləri özü həll etməyə adət edib. Belə qadın gəlin gəlməmişdən əvvəl evini hər zaman ideal təmiz saxlayıb, ailəsinin peşəkar aşbazı olub, ailənin bütün qayğılarını çəkib. Belə qayınana ilə bir evdə yola getmək üçün yalnız onun dedikləri ilə hesablaşmaq lazımdır. Gəlin onunla yaşayaraq müstəqil qərar verə bilməyəcək. Əgər gəlin sərbəstliyi sevən, üsyankar xasiyyətlidirsə, belə qayınana ilə yola gedə bilməyəcək.

Günahlandıran qayınana. Belə qayınanalar, hər zaman öz oğluna xatırladır ki, onu öz sağlamlığı bahasına dünyaya gətirib və böyüdüb. O, hər zaman gileylənir. Özünə daha çox diqqət və qayğı istəyir. Əksər hallarda onlar özləri gəlinlə münaqişə yaradır.

Eqoist qayınanalar.
Onların həyatda yeganə sevinci sevimli oğludur. O, gəlini daxilən qəbul etmir. Çünki onun üçün etalon - o, özüdür. Bu tip qayınana ilə yola getmək çox çətindir. O, oğlunun qarşısında sizi pis vəziyyətdə görmək üçün hər bir şeyə əl atar.

Özünü qurban verən qayınana. Elə tip qayınanalar var ki, özlərini oğluna görə qurban verirlər. Belələri yaxşı qayınana və uşaqcanlı nənələr olur. Gəlinini qızı kimi qəbul edir. Lakin o, gəlinə oğlunun müstəqil və ayrı yaşamasına yol verməyəcək. Hər zaman məsləhətlər verməyə çalışacaq.

Nazlı qayınana. Bəzi qayınanalar isə özlərini ərköyün balaca uşaq kimi aparırlar. Onlar çox qısqanc olur, oğlunun ona qarşı olan diqqətsizliyindən şikayətlənirlər. Belə tip qayınanaların yalnız oğlunun sevgisinə və qayğısına ehtiyacı var.

İdeal qayınana. Bu ana, əgər onun övladı xoşbəxtdirsə, o, da xoşbəxtdir. Gəlin onun sözünə, köməyinə güvənə bilər. Bu tip qayınanalar, oğlu həyat yoldaşı ilə mübahisə edibsə, mütləq gəlinin tərəfini tutacaq. Günahı isə oğlunda və öz tərbiyəsində görəcək. Bu cür ideal qayınanalar özünə qarşı olan cüzi diqqətə görə də ürəkdən sevinir.

Xeyirxah qayınanalar. Adətən belə qayınanalar özləri vaxtı ilə qayınanalarından pis münasibət görüblər. Bu səbəbdən də gəlinin də o əziyyəti çəkməsini istəmirlər. Onlar hər bir vəziyyətdə gəlinə kömək etməyə hazırdılar.

Müasir gəlinlərin səhvləri
Qayınana və gəlin problemi hər bir dövrdə olsa da, müasir zamanda gənclərin böyüklərə olan hörmətinin azalması bu problemi daha da qabardır. Psixoloq A.Ağabalayeva hesab edir ki, qayınana gəlininə qızı gözü ilə, gəlin isə qayınanasına sevdiyi və hörmət etdiyi həyat yoldaşının anası kimi baxsa, münasibətlərdəki gərginliyi azaltmaq olar: "Gəlinlər qayınana ilə dil tapmaq üçün onun dediklərini pis qəbul etməməyə çalışmalıdırlar. Yaxşı olar ki, qayınananın dediklərindən bir nəticə çıxarıb onun rəğbətini qazanmağa çalışsınlar. Lakin müasir gəlinlər nadir halda bunu edir və ya bunu etməyə cəhd göstərirlər. Qayınanalar isə çox vaxt oğlunu gəlinə qısqandığı və gəlinin oğlunu əlindən alacağından qorxduğu üçün konfliktə girirlər. Yaxşı olar ki, qayınanalar da bu cür neqativ fikirlərdən uzaqlaşıb ailənin xoşbəxtliyini düşünsünlər".

Fikir vermisinizsə, əksər hallarda qızları öz anaları danlayanda və ya bir məsləhət verəndə, yol göstərəndə bunu pis qəbul etmirlər. Amma qayınana nəsə deyəndə hər zaman onun sözlərinin mənfi tərəflərini düşünürlər. Bu da gəlinlərdə qayınanaya qarşı nifrət hissini formalaşdırır ki, bu hiss də onlara mehriban yaşamağa imkan vermir. Əslində isə gəlin ən azı həyat yoldaşını sevirsə, ona hörmət edirsə, onun valideynlərinə də hörmətlə yanaşmalıdır. Çünki qayınana da bir anadır. Qayınana yoldaşınızın anasıdır və o, öz anasını heç vaxt sizin gözünüzlə görə bilməz. O, anasında hansısa nöqsanları görsə belə, bunu sizə etiraf etməyəcək.

Gəlinlərin qayınana ilə münasibətdə buraxdığı səhvlərdən biri də, qayınananı öz anası ilə müqayisə etməsidir. Bununla yanaşı, həyat yoldaşının uğursuzluqlarında qayınananı günahlandırmaq da ona qarşı aqressiyanı çoxaldır. Nəticədə yola getmək çətinləşir. Qayınana ilə ünsiyyətdə olmaq, onunla məsləhətləşmək, ona hörmət etmək, güzəştə getməyi bacarmaq, təcrübə və məsləhətlərindən faydalanmağa çalışmaq isə ailədəki mübahisələri minimuma endirir. Bunu etmək çətin olsa da, xoşbəxtliyinizi qorumaq üçün dəyər.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 5 443
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri