Onun ürəyində özgəsi vardı - Tək tərəfli sevənlərə aid şeir

Müəllif: Love-Girl
Şərhlər: 13
Baxılıb: 7 233
Səs ver:
(səs: 3)
Onun ürəyində özgəsi vardı.

Mən onu sevirdim canım yansada,
O məni sadecə dostu sansada,
Günəş tək başımda,hey dolansada
Yanımda həsrətin kölgəsi vardı,

Çünki...
Onun ürəyində özgəsi vardı.
Gah onu qısqanıb,gah inciyərdim,
Özümə ən aciz adam deyərdim
Dilimdə guya ki,çox istəyərdin,
Qəlbimdə sevirəm kəlməsi vardı,

Çünki...
Onun ürəyində özgəsi vardı.
O, nə vaxt gülürdü,mən də gülürdüm
Sevinci bölürdüm,qəmi bölürdüm.
Bu yolun sonunu dəqiq bilirdim,
Hardasa ayrılıq döngəsi vardı,

Çünki...
Onun ürəyində özgəsi vardı.
Mənə sevdiyindən danışan oglan,
Bilmidi sevirəm mən onu yalnız
Bir film kimiydi yaşadığımız,
Bu filmin sonuncu səhnəsi vardı,

Çünki...
Onun ürəyində özgəsi vardı.
(səs: 3)
Şərhlər: 13
Baxılıb: 7 233
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri